"WhatsApp" necə pul qazanır? Şəxsi məlumatlarınızı kimlərə satır? (Araşdırma)
Sosial Media
07.05.2017
Farid Pardashunas
WhatsApp
necə gəlir əldə edir? Şəxsi məlumatlarınızı kimə satır? Facebook nə üçün bu şirkəti
19 milyard dollara aldı?
Bütün bu suallar hamıya maraqlıdır. Necə olur ki, WhatsApp heç bir reklam yerləşdirmədən
və bizdən ödəniş tələb etmədən bu qədər dəyərə sahibdir. Bu pul WhatsApp-a
haradan gəlir? Bu araşdırmamızda bəzi tükürpədici məqamlara toxunacağıq.
Sosial şəbəkə
olan facebook bu sadə tətbiqetməni almaq üçün 19 milyard dollar ödəyib. Bütün
dünyanı şoka salan bu məbləğ facebook tərəfindən niyə ödəndi? Əsas sual isə bu
idi heç bir yerdən gəliri olmayan bir tətbiqetməyə bu qədər dəyər çox
deyildimi? Bütün bunların cavabı WhatsApp-ın saytında yer alan və oxumadan qəbul
etdiyimiz istifadə şərtlərindədir.
WhatsApp-dan ilk istifadə etdiyiniz andan etibarən 1 il müddətində bu tətbiqetmədən pulsuz
istifadə edə bilərsiniz. Növbəti illər isə siz hər il istifadə üçün 0.99 dollarödəməlisiniz. Ancaq bu məbləği ödəyən elə də çox adam yoxdur və hamı bu tətbiqi
illərdir rahatlıqla istifadə edir.
2015-ci ilin rəqəmlərinə əsasən 900 milyon insan WhatsApp-dan istifadə edir. Təqribən
illik 1 dollar ödəniş potensial olaraq 900 milyon dollar edir. Şirkətdə 56 nəfərin
işlədiyini də bu hesaba qatsaq adam başı qorxunc rəqəmlər ortaya çıxır. Təbii
bu rəqəmlər potensial gəlirdir. Və belə bir sual var: Siz heç WhatsApp-a ödəniş
etdinizmi? Pulsuz istifadə oluna bilirsə niyədə kimsə ödəniş etsin? Deməli
WhatsApp-ın əsas gəlir mənbəyi burada deyil. Ümumiyyətlə ictimaiyyətə gəlir və
xərcləri barədə məlumat verməyən bu şirkət sadəcə susur. Bilinən sadəcə Forbes jurnalının
WhatsApp-ın illik
gəlirinin 20 milyon dollar qeyd etməsidir. Belə bir məqamda əsas sual ortaya
çıxır: Heç bir reklamı qəbul etməyən və istifadəçilərindən ödəniş tələb etməyən
bu şirkətin gəliri haradan gəlir? Və ən əsas məsələ facebook nə üçün 19 milyard
dollara bu şirkəri almağa razı oldu? Cavab sadədir. Facebook 19 milyard dollara
şirkəti yox 900 milyon insanın məlumatların aldı. 11 səhifəlik bir istifadəçi
qaydalarında diqqət çəkən məqamlar var. WhatsApp sizin şəxsi məlumatlarınızı
başqaları ilə paylaşır. Nələr etdiyiniz daima izlənir. İstifadəçi qaydalarında
1-ci şərt belədir: "WhatsApp məlumatlarınızı nə vaxt başqaları ilə paylaşır?”
Bəlli bir
nəfərin tanina bilir məlumatları, anonim istifadəçi məlumatları, səhifələrə və
url-lara keçidləri, platforma tiplərini, aktiv olma vaxtlarını, daxil olma sayı
kimi və s. məlumatları sevis və reklamlarda istifadə məsədilə üçüncü tərəflə
paylaşıla bilər. Qanunların tələbi, dövlət və federaiyaların qanunları, beynəlxaq
qanunlar və məhkəminin, məhkəmə cəlb etməsivə axtarış tələbi ilə sizin məlumatlar
açıqlana bilər.
Mənası: Burada sizin maraqlarınız başqalarına ötürülür və siz reklam aləti
olursunuz. Yuxarıda tanina bilir məlumatlar isə, sizin kimliyinizi ortaya qoyan
məlumatlardır. Buraya sizin adınız, maraqlarınız, sevdikləriniz, yaşınız,
cinsiniz daxildir.
İsitfadə
qaydalarında 2-ci şərt: Şirkət birləşmə,
satış və iflas etdiyi təqdirdə WhatsApp-ı alacaq digər şirkətə mövcud məlumatlar
ötürüləcək.
Mənası: Facbook sizin bütün məlumatları WhatsApp-dan aldı. Bəs bu məlumatlar
niyə facebook-a lazım idi desəz cavabı sizə sadə dildə belə izah edə bilərik. Sosial
şəbəkə istifadəçilərinin əksəriyyətin gənclər təşkil edir bu kütlə 60-70yaşlarına gəldikdə artıq facebookdan istifadəyə elədə maraq göstərməyəcək.
Lakin WhatsApp struktur baxımdan facebookdan fərqlidir. Burada siz gündəlik
mesajlarınızı qəbul edirsiz və ən əsas sosial şəbəkə kimi deyil. Buda əsas
verir ki, siz 60-70 yaşlarına çatdığınızda facebook yox məhz WhatsApp-dan
istifadə etmə ehtimalınız daha böyükdür. Məhz facebookun məqsədi bu idi. Gələcəyi aldı...
İsitfadə
qaydaları şərti 3: WhatsApp ABŞ hökümətinin maraqlarını uyğun hərəkətini
aşağıdakı şəkildə bəlli edir.
WhatsApp-dan
istifadə etmək üçün ABŞ hökümətinin embarqosu altında olan və ABŞ hökümətinin bəlli
etdiyi terrorizmi dəstəkləyən ölkədə yaşamalı deyilsiniz. Eyni zamanda
yuxarıdakı şərtdə qeyd etdiyimiz kimi WhatsApp rahatlıqla sizin məlumatları
ABŞ-ın istəyi olduğu təqdirdə dövlətlə paylaşa bilər. Bundan əlavə əgər ABŞ-la
olkənizin ticarət icazəsi yoxdursa WhatsApp-dan istifadə etmək olmur. Açıq aşkar
bu ABŞ maraqlarının müdafiəsidir.
Azərbaycanda
yaşasazda ABŞ qanunlarına tabe olmaqdır mənası.
4-cü şərt: WhatsApp səhifəsi və serverləri ABŞ-da yerləşir. Birbaşa ABŞ hökümətinin
qanunları əsasında idarə edilir. ABŞ-dan kənar ərazidə yaşadığınız təqdirdə,
istifadə və qanunları fərqli olan ölkələrdə Avropa birliyi, Asiya və digər bölgələrdən
Californiya qanunlarına tabe olan idarəetmə sistemi əsasında fəaliyyət göstərən
WhatsApp xidmətini istifadə edərək bu gizlilik siyasətini və xidmət şərtlərini
qəbul edib şəxsi informasiyanızı ABŞ-a trasfer etdiyiniz halda bu məqsədlərlə
Kaliforniya qanunlarını istifadə edəcəyinizi zəhmət olmasa bilin.
Mənası: hansı ölkədə yaşamağınızdan asılı olmayaraq əgər bu müqaviləni qəbul etdinizsə ölkənizdə şəxsi məlumatların paylaşılmaması ilə bağlı qanun olsada siz Kaliforiya qanunlarına görə hərəkət etmiş olursunuz.
Mənası: hansı ölkədə yaşamağınızdan asılı olmayaraq əgər bu müqaviləni qəbul etdinizsə ölkənizdə şəxsi məlumatların paylaşılmaması ilə bağlı qanun olsada siz Kaliforiya qanunlarına görə hərəkət etmiş olursunuz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Bütün iPhone 16 smartfonlarının xarici görünüşləri bir fotoda sərgilənib
Dünyanın ən sürətli internetinə malik ölkələri bəlli olub!