main-post-cover

    WhatsApp Symbian üçün dəstəyini dayandıracaq

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Əgər siz OC Symbian əməliyyat sistemi üzərində çalışan cihaz istifadə edirsinizsə onda sizlərə pis xəbərimiz var. Belə ki, WhatsApp sözügedən əməliyyat sistemi üçün olan dəstəyini bu ilin sonunadək dayandıracaq. OC Symbian əməliyyat sistemi ilə çalışan hər bir istifadəçi tətbiqə daxil olacağı zaman növbəti bildirişi alacaq. "Təəssüflər olsun ki, siz WhatsApp tətbiqini 31/12/2016 tarixindən sonra istifadə edə bilməyəcəksiniz. Belə ki, WhatsApp artıq sizin cihazınızı dəstəkləmir”. Görünür WhatsApp Symbian üçün ayrılmış serverləri bağlayır. Məhz buna görə tətbiq bu platformada artıq çalışmayacaq. Hər-halda bir vaxtlar məşhur mobil platforma olmuş OC Symbian-ı bu qədər uzun müddət ərzində dəstəklədiyi üçün WhatsApp-a sadəcə alqış düşür. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər