main-post-cover

    WhatsApp üçün yeni bir xüsusiyyət daha əlavə edildi

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    WhatsApp, Android tətbiqi üçün daha bir yenilənmə edəcək. Yenilənmə ilə bərabər gələcək xüsusiyyətlərdən biri ortaya çıxdı. 

    Dünyanın bir nömrəli mesajlaşma tətbiqi WhatsApp, istifadəçilərə daha maraqlı olmaq üçün yenilənmələrini davam etdirir. Son olaraq Android WhatsApp beta tətbiqi üçün yenilənmə təqdim edildi.  Bu yenilənmə, iOS platformasında artıq bir neçə müddətdir istifadəyə verilən "Emosiyaların böyük görünməsi" xüsusiyyətini Android WhatsApp beta tətbiqinə gətirdi. 
    Gündəlik həyatda insanların ruh halını göstərmək üçün tez-tez müraciət etdikləri emosiyalar, son Android WhatsAppın yenilənmə ilə birlikdə Android WhatsApp beta tətbiqində daha böyük görünməyə başladı.
    whatsapp yenilikleri
    Beta versiyada istifadəçilər eyni mesajda dörd  və ya daha çox emosiya göndərdiklərində, emosiyalar standart ölçülərdə görünəcək. Ancaq üçdaha az emosiya göndərdikdə isə yuxarıda paylaşdığımız şəkildə də görə biləcəyiniz kimi, emosiyaların ölçüsü böyüyəcək.
    Hazırda Android WhatsApp beta test istifadəçilərinin yararlandığı xüsusiyyətin qısa vaxt ərzində bütün Android istifadəçiləri üçün təqdim ediləcəyini deyə bilərik. WhatsApp beta APK faylını buradan yükləyə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər