main-post-cover

    WhatsApp video zəng xüsusiyyəti aktiv edildi!

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Uzun müddətdir WhatsApp üçün video zəng xüsusiyyəti gözlənilirdi. Bir neçə gün əvvəl sizlərə Technote.az olaraq, bu xüsusiyyətin Beta versiyaya əlavə edildiyinin xəbərini vermişdik. 

    Beta versiyadan uğurla çıxan xüsusiyyət artıq məşhur tətbiqin tam versiyasında yerini alıb. Artıq WhatsApp vasitəsilə video zənglər edə biləcəksiniz. Bir neçə gün əvvəl Beta versiyasını sınaqdan keçirdiyimiz bu xüsusiyyət artıq hərkəs tərəfindən istifadə edilə bilinir.

    Skype, Google Hangouts və FaceTime tətbiqlərində olduğu kimi video konfrans edilə bilməsinə şərait yaradan WhatsApp video zəng xüsusiyyəti, sınaq mərhələsindən sonra tətbiqə əlavə edildi.

    WhatsApp-da video zəng edərkən, eynilə səsli zəngdə olduğu kimi bir yol izləyirsiniz və zəng etmək istədiyiniz şəxs ilə söhbətə daxil olaraq Görüntülü Arama-nı seçirsiniz. Hazırda bütün istifadəçilərə yavaş-yavaş gələn bu yenilənmənin, gün sonuna qədər hərkəs üçün aktiv olacağı gözlənilir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər