main-post-cover

    WhatsApp videolar üçün faydalı yenilənmə təqdim etdi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    WhatsApp daha bir yenilik ilə istifadəçilərini sevindirib. Artıq WhatsApp-a göndərilən videoları yükləmədən izləmək mümkün olacaq.

    İstər sosial əlaqə vasitələri, istərsə də mesajlaşma xidmətləri hər gün öz istifadəçilərinə yeniliklər təqdim etməkdə davam edirlər. Bunun əsas səbəbi isə gün keçdikcə belə sosial platformaların çoxalmasıdır.

    Son zamanlar WhatsApp da bir çox yeniliklər təqdim etməkdədir. WhatsApp-ın sonuncu yeniliyi isə istifadəçilərin canlı olaraq bir-biri ilə ünsiyyətini təmin etmək idi. WhatsApp daha bir gecikmiş yeniliyini təqdim edib. Artıq istifadəçilər bir-birinə göndərdikləri videoları yükləmədən də izləyə biləcəklər. Bu xəbər bir çox istifadəçini sevindirəcək, çünki bir çoxları videonu açıb izləmək üçün onu yükləməli və bu bir qədər vaxt itkisinə səbəb olurdu. Gələn yenilənmə ilə artıq bu problem həll olunacaq. Həmçinin onu da qeyd edək ki, yenilik yalnız Android istifadəçiləri üçün keçərli xarakter daşıyır. Yaxın zamanda isə digər platformalar da bu yenilikdən yararlana biləcək.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər