WhatsApp yeni ildə böyük rekorda imza atdı
Sosial Media
07.05.2017
Farid Pardashunas
Günlük həyatımızın əvəzolunmazı, uşaqdan böyüyə hərkəsin istifadə etdiyi WhatsApp sürətlə böyüməyə davam edir. Yeni il gecəsi 63 milyard mesajın yazıldığı tətbiq rekorda imza atdı.
WhatsApp, Facebook tərəfindən 2014-ün oktyabr ayında satın alındıqdan sonra böyüməsini davam etdirərək aylıq 1
milyard istifadəçi sayına çatdı. Tətbiqin sürətli inkişafı nəticəsində Facebook-a aid Messenger-i də çoxdan geridə qoymuş
oldu.
Yeni ildə 63 miyard mesaj yazıldı.
GSM operatorlarının puluz mesajlaşma paketlərinin olmasına baxmayaraq çox saylı
ağıllı telefon istifadəçisi WhatsApp tətbiqini
üstün tutur və xususi günlərdə belə təbrik mesajlarının çoxu WhatsApp üzərindən
göndərilir. Belə ki yeni il gecəsi
WhatsApp üzərindən 63 milyard mesaj göndərildi, bu mesajların 7.9 milyardı şəkil, 2.4 milyardı videodan ibarətdir .
2016
aprel ayında WhatsApp və Messenger üzərindən gündəlik 42 milyarda yaxın mesaj
göndərilirdi. F8 konfransda Mark Zuckerberg söhbətində hədəflərinin bu iki tədbiqdə
günlük 60 milyard mesaj sayına çatmaq olduğunu söyləmişdi. WhatsApp-ın bir
gündə çatdığı mesaj sayı Zuckerberg-in hədəfinin çox tez reallaşdığını göstərir.
Aprel
ayında şifrələmə xususiyəti əlavə olunan WhatsApp, noyabrda isə çoxdan gözlədiyi
video zəng xususiyətinə qovuşdu.WhatsApp-ın bu qədər çox istifadə olunmasında
şüphəsizki bu xususiyətin rolu böyükdür.
Mənbə:ShiftDelete.Net
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!