main-post-cover

    "Whatsapp"a 2 yeni mükəmməl xüsusiyyət əlavə olunub

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     
     

    "Whatsapp"da artıq zənglərinizə cavab gəlmədiyi hallarda geriyə zəng yaxud səsli mesaj göndərmək xüsusiyyəti əlavə olunub.

    SMS-i bir növ tarixə çevirən internet üzərindən mesajlaşma servisi olan "Whatsapp" bir müddətdir ki, zəng funksiyasını da istifadəçiləri üçün təqdim edib. Son olaraq beta versiyasına gələn yenilənmələr isə sırf zəng xüsusiyyəti ilə bağlıdır. Belə ki, hər hansı bir şəxsə "Whatsapp" üzərindən zəng edən zaman həmin şəxsin online olmaması zəngin qarşı tərəfə çatmasına problem yaradırdı. Beta versiyasına əlavə olunan son yenilənmə ilə artıq istifadəçilər geriyə zəngsəsli mesaj funksiyalarından istifadə edə biləcəklər. Əvvəl Play Store-da beta testlərinə qoşulan istifadəçilər üçün açıq olan bu funksiya hal hazırda  2.16.189 seriyalı versiyada aktivdir. 


    Linki kopyala