main-post-cover

    Whatsapp-a əlavə edilən möhtəşəm funksiya

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    WhatsApp-a gələn yenilənmə ilə bərabər maraqlı bir funksiya əlavə edilib. Belə ki, cavab vermək istədiyiniz mesajı seçərək birbaşa olaraq o mesaja cavab verə biləcəksiniz.

    Xüsusilə WhatsApp qrup söhbətləri və ya yaxın dost/sevgili arasında yaşanan mübahisəli məqamların ən böyük sıxıntısı verdiyiniz cavabın fərqli şəkildə başa düşülməsi ucbatından baş verir. Yəni siz söhbətdəki bir nəfərin yazdığı şeyə cavab verərkən yazdığı yeni bir şeyin ya da qrup söhbətində yaşanan, araya fərqli bir nəfərin mesajının girməsi ilə yaranan problemlər artıq ortadan qalxır. 

    Technote.Az-ın "Webtekno"ya istinadən verdiyi xəbərə görə WhatsAppın bir qədər əvvəl təqdim etdiyi son yenilənməsindən sonra eynilə Twitter-dəki  Tweet-lərdən sitat gətirərək RT(ReTweet) edər kimi WhatsApp üçün də mesajdan sitat gətirmə funksiyasını əlavə edən şirkət, sizə xüsusilə cavab vermək istədiyiniz mesajı seçib sitat gətirərək cavab verə bilmənizə şərait yaradır.  


    İstifadə qaydası : Yuxarıda görəbiləcəyiniz nümunədəki kimi cavab vermək istədiyiniz mesajı seçərək yuxarıdakı geriyə doğru olan ox işarəsinə daxil olaraq o seçdiyiniz mesaja cavab verə biləcəksiniz. Ancaq sadəcə bir mesaja cavab verə bilərsiniz. Yəni eyni anda birdən çox mesaja cavab verə bilməzsiniz.
    Linki kopyala