Whatsapp\'a çox maraqlı yeniliklər əlavə olunub
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
WhatsApp'a gələn son yeniliklə proqramda kiçik dizayn dəyişiklikləri olub.
Whatsapp 2.16.143 nömrəli versiyasında
kiçik dizayn və funksiya yenilikləri edib. Artıq qrup yaradarkən seçdiyiniz
şəxsləri yuxarı hissədə xüsusi çərçivədə görə biləcəksiniz. Bununla da kimləri
seçdiyinizi daha asan biləcəksiniz. Qrupların şəkillərini dəyişərkən, əvvəlki
versiyalarda sadəcə bildirim kimi söhbət pəncərəsində görürdük. Son yenilikdən
sonra artıq şəkili söhbət pəncərəsində də görə biləcəksiniz. Bundan başqa Rio
olimpiadalarında olan idman növləri ilə bağlı yeni emojilər də əlavə olunub.
Söhbət pəncərələrində də dizayn yeniliyi edən Whatsapp, özündə material dizaynı daha da təkmilləşdirib. Artıq sizə tanımadığınız bir şəxs yazdıqda, söhbət pəncərəsi boz rəng almır və aşağıdakı şəkildəki kimi sadə və eleqant görüntü ilə qarşınıza çıxır. Hər hansı söhbət pəncərəsində oxunmaya bütün mesajları keçib ən sonuncu hissəyə çatmaq üçün isə yeni "ox” əlavə olunub. Bildiyimiz kimi Whatsapp bəzi telefonları da artıq dəstəkləmir. Əgər sizing də cihazınız bu siyahıda olarsa, onda Whatsapp avtomatik olaraq sizə bildirəcək.
Bundan sonra artıq zənglə bağlı bildirişlər də söhbət pəncərəsində görünəcək.
Beləliklə, artıq söhbət pəncərələri bütün şəxslərə görə daha eleqant görünəcək.
Bundan başqa Whatsapp `da axtarış bölməsində hər hansı sözü yazıb axtarışa
versəniz, bütün nəticələr söhbət pəncərələri ilə qarşınıza çıxacaq.
Bu xüsusiyyətlər hələ ki, Whatsapp Beta istifadəçilərində aktivdir. Amma yaxın zamanda bütün istifadəçilər üçün təqdim olunacaq.
Linki kopyala
Həftənin xəbərləri
"Premium" dizayna malik uyğun qiymətli smartfon: HONOR X8b bizə nələri vəd edir?
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək