main-post-cover

    Whatsappa yeni bildiriş funksiyası əlavə olundu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     
     
     
    Bu günlərdə Windows və Mac üçün web tətbiq təqdim edən WhatsApp‚ mobil tətbiqə isə yeni bildiriş funksiyası əlavə edib. Bu funksiya vasitəsilə, Whatsapp mesajlaşma tətbiqinin hansı platformalarda aktif olduğunu öyrənmək olur.

    Ağıllı telefonların ən vacib tətbiqlərindən biri olan Whatsappa demək olar ki‚ hər gün yeni funksiya əlavə olunur. Bu gunlərdə WhatsApp‚ mobil tətbiqinə əlavə olaraq Windows və Mac üçün web tətbiq  təqdim etmişdi. Buradakı xəbərimizdə sizinlə paylaşdığımız məlumatdan sonra Whatsapp‚ komputerdə istifadə olunan tətbiqdə qarışıqlıq olmasın deyə mobil tətbiqə "yeni bildiriş” funksiyası əlavə edib.

    Whatsapp bildiriş funksiyası web və mobil tətbiqdən eyni anda istifadə edənlərin işini asanlaşdıracaq. WhatsApp web tətbiqin işləməsi üçün telefonun interneti açıq olmalıdır. Söhbət servisi server əsaslı işlədiyi üçün həmin andakı mesajlaşmalar yaddaşa yazılır və siz həm mobil tətbiqdə‚ həm də web tətbiqdə bütün mesajları görə bilirsiniz.
     
    Whatsappa yeni bildiriş funksiyası əlavə olundu


    Whatsapp bildiriş funksiyası necə işləyir?

    Əlavə olunan yeni bildiriş funksiyası‚ WhatsApp web tətbiqi açıq olduğu zaman mobil tətbiqdə ortaya çıxır və istifadəçiyə xəbərdarlıq edir. Yeni bir mesaj gəldikdə‚ web tətbiq açıqdırsa istifadəçiyə "web tətbiq hələ də aktivdir” mesajı gedir. Əgər istifadəçi mesajlaşmağa mobil cihazda davam etmək istəyirsə bu yeni bildirişə toxunmağı bəs edir. Bu zaman, mesajlaşmaq mobil cihazda davam edir. Beləliklə‚ mesajlaşma əsnasında  əsas cihazın hansı olduğunu da seçmiş olur. Əgər istəsəniz web tətbiq vasitəsilə də mesajlamağa davam edə bilərsiniz.
     
     
     
    Linki kopyala