main-post-cover

    Whatsapp\'a yeni xüsusiyyətlər gəlir

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Facebook, populyar mesajlaşma proqramı olan WhatApp üçün yeni xüsusiyyətlər yayımlamağa hazırlaşır.

    Whatsapp'a şifrəli danışıq və sənəd göndərmə xüsusiyyətlərinin gəlməsi ilə istifadəçilərdən olduqca çox müsbət rəy aldıqdan sonra bu işi daha da böyütmək qərarına gəlib. Belə ki, yeni gələcək xüsusiyyətlər arasında ZİP fayl göndərmək mümkün olacaq. Bazardakı ən yaxşı arxiv proqramı sayılan ZİP sayəsində birdən çox sənədi eyni anda göndərə biləcəksiniz. Amma təbii ki, müəyyən limit də olacaq. Bu limitdən çox ZİP faylları cloud servislər üzərindən göndərə bilərsiniz.


    2015’in ilk yarısından bu yana Android və iOS sistemlərində istifadə olunan səsli zəng xüsusiyyəti, mesajlaşma qədər istifadə olunmasa da, bir çox istifadəçinin işini rahatlaşdırırdı. Xüsusilə də ölkə xarici zənglər üçün çox əlverişli idi. WhatsApp’ın bundan sonrakı həmləsi isə səsli zəng zamanı səsli mesaj göndərmək xüsusiyyəti olacaq. İstifadəçilər hal hazırda mesaj pəncərəsində olan səsli mesaj düyməsi ilə səsli mesaj göndərir. Bununla yanaşı şirkət zəng zamanı da səsli mesajın yazılıb göndərilməsini mümkün edəcək. Bu nə qədər gərəkli bir şeydi bilmirik, amma önümüzdəki günlərdə bunun daha çox necə işə yarayacağını görəcəyik. Bu xüsusiyyət ilk olaraq iOS sistemində işə düşəcək.
     
    Bütün bu yenilikləri ilk olaraq Beta proqram üzvləri yoxlayacaq, daha sonra bütün istifadəçilərə təqdim olunacaq.
    Linki kopyala