main-post-cover

    WhatsApp`ın gündəlik zəng statistikaları açıqlandı

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Facebook'un sahibi olduğu dünyanın ən çox istifadə olunan anlıq mesajlaşma platforması olan WhatsApp, bildiyimiz kimi uzun müddətdir, özündə zəng funksiyasını aktivləşdirib.

    Beləliklə də insanlar dünya üzərindən istədikləri bütün dost-tanışları ilə WhatsApp üzərindən zəng edərək danışa bilir. Son açıqlanan statistikalara görə bu xüsusiyyət olduqca çox istifadə olunur. Belə ki, hər gün 100 milyon zəng edildiyini vurğulayan şirkət, saniyədə 1100 zəngin olduğunu qeyd edir.
    SMS'i tarixə qovuşduran WhatsApp'ın görüldüyü kimi zəng bölməsində də populyarlığı ciddi həcmdə artıb. Yaxın zamanlarda mobil operatorlar sadəcə internet paketləri təklif edəcəyi iddia olunur. Geri qalan bütün işlər üçün WhatsApp və bənzəri proqramlar kafi olacaq. Təbii ki, bu sadəcə fərziyyədir və gələcəkdə mobil operatorların nə planladığını heç kim bilmir. Son olaraq onu da qeyd edək ki, Facebook video zəng funksiyası üzərində də ciddi şəkildə işləyir.
    Linki kopyala