main-post-cover

    Wi-Fi sürətini 10 dəfə artıracaq həll üsulu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Massaçusets Texnologiya Universitetinin(MIT) tədqiqatçıları hazırladıqları həll üsulu ilə Wi-Fi sürətlərini 10 dəfə artıra biləcəklərini bildirirlər. Daha sürətli Wi-Fi üçün nə etməliyik?

    İstifadəçilərin mobil telefonlardan internet təcrübələrini reallaşdırmaq üçün ən çox istifadə etdikləri yollardan biri olan Wi-Fi qoşulmaları, insanların çox olduqları yerlərdə bəzi problemləri bərabərində gətirə bilir.
    Konsert, stadion, restoran kimi sahələrdə bir çox istifadəçinin eyni Wi-Fi şəbəkəsinə qoşulmasına görə yaranan problemlər, kifayət qədər zəif bir Wi-Fi sürəti və keyfiyyətinin ortaya çıxmasına şərait yaradır.
    MIT tədqiqatçıları isə istifadəçilərin internetdən istifadələrini artırmaq üçün alternativ bir yol hazırlayıblar. İstifadəçilər MIT-in yeni üsulu ilə Wi-Fi sürətlərini 10 dəfə daha sürətli edə biləcəklər.
    Wi-Fi sürətiniz necə artacaq?
    MIT Kompüter Elmləri və Süni Zəka Laboratoriyası tədqiqatçıları, bu həftə təqdim etdikləri araşdırmada istifadəçilərin mobil cihazları üzərindən internet qoşulmalarını sürətləndirəcək bir həll tapdıqlarını elan etdilər. MIT-in simsiz internet ötürücülərinin daha problemsiz bir halda işləməsinə fokuslanan sistemi, internetə girmə sıxlığı ilə tənzimlənə bilən bir sürət performansına əsaslanır.
    MegaMIMO adındakı sistem, Wi-Fi siqnallarının eyni anda eyni yayım tezliyi vasitəsi ilə göndərilməməsini reallaşdırır. Qoşulma nöqtələrindəki aktivlikləri idarə edən ötürücülər, eyni yayım tezliyi üzərindən ötürmə etməyəcəklər. Eyni ötürücü üzərindən yayım tezliyinin girişinin ortadan qaldırılması daha yaxşı bir internet sahəsi xidməti meydana gətirəcək.
    Tədqiqatçılar sistemin 10 dəfə daha sürətli Wi-Fi əldə etmək barədə uğur qazandığını qeyd etdilər:
    "MegaMIMO 2.0, eyni məkan içərisində yer alan 4 bir-biri ilə əlaqəli ötürücüdə sınaqdan keçirildi. 4 ötürücünün bir-biri ilə olan uyğunuzluqları isə mövcud performansın sadəcə 4-də 1-ni əldə etməyə imkan verirdi. Dörd ötürücü arasında koordinasiyanı təmin edən MegaMIMO 2.0, hər bir ötürücüdən 3.6 dəfə daha yaxşı məlumat transferinə gətirib çıxardı. "
    MIT-in yeni sistemini digər versiyalarından ayıran bir xüsusiyyəti isə istifadəçi sayı ilə sistemin göstərdiyi performans arasındakı münasibətdir. MIT sistem keyfiyyətinin, istifadəçi sayı artdıqda daha da artacağını bildirir. MIT-in sözügedən sistemin biznes/fərdi müştərilər üçün hazırlayıb-hazırlamayacağı barədə bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər