main-post-cover

    Wi-Fi və ekran özəlliyinə sahib idman ayaqqabıları təqdim olunub (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Virgin America” şirkəti yeganə nümunədə First Class adlı idman ayaqqabılarını təqdim edib.


    Bu idman ayaqqabıları öz fərqli dizaynı ilə seçilməklə yanaşı həmçinin texnoloji xüsusiyyətlərə də sahibdirlər. Yüksək keyfiyyətli idman ayaqqabıları italyan dərisindən hazırlanıb və sözün əsl mənasında təyyarələrdəki oturacaqlarda olan təhlükəsizlik kəmərləri ilə təchiz olunub. Həmin kəmərlər standart ayaqqabı iplərini əvəz edir. Sağ ayaqqabı rəngli kiçik ekran ilə təmin olunmuşdur. Həmin ekranda videoya baxmaq mümkündür. Ekran ayaqqabının daxilinə yerləşdirilmiş batareya hesabına işləyir. Onun enerjisi isə 3 saata qədər bəs edir. Bu hələ son deyil. Belə ki, First Class ayaqqabıları müxtəlif cihazları enerji ilə təmin etmək üçün USB girişə, interneti təmin etmək üçün Wi-Fi router-ə sahibdir. Ayaqqabılar Milanda yerləşən atelyedə italyan dərisindən əldə tikilib. Yeganə nümunəni yalnız eBay-dən əldə etmək mümkündür. Əldə olunmuş vəsait isə xeyriyyəçilik üçün xərclənəcək. Hərrac 23 Oktyabr tarixində bitəcək.


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər