main-post-cover

    WikiLeaks: "Apple", istifadəçilərin məlumatlarını dövlət orqanlarına ötürür

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    WikiLeaks portalının əldə etdiyi məlumata əsasən "Apple” müxtəlif ölkələrin hökümətləri ilə əməkdaşlıq edir.

    Bu məlumat WikiLeaks portalının əldə etdiyi xüsusi yazışma nəticəsində ortaya çıxıb. Həmin yazışma şirkətin vitse-prezidenti Liza Cekson ilə Demokratik partiyadan ABŞ prezidentliyinə namizədin seçkiqabağı kampaniyasının sədri Con Podyeste arasında olub. Məktubların birində "Apple”ın top-meneceri hər ay dəfələrlə istifadəçilər və onların cihazları barəsində məlumatları hökümətə təqdim etdiklərini qeyd edib. "Technote.az” "WikiLeaks”ə istinadən verdiyi xəbərə əsasən şirkətdə bu cür sorğulara cavabdeh olan xüsusi işçilər mövcuddur. Liza Cekson məktubda qeyd edib ki, şifrələmə "Apple”ın bəzi faydalı məlumatları hüquq-mühafizə orqanlarına təqdim etməsini istisna etmir.
    "Hər ay biz dəfələrlə istifadəçilər və onların cihazları haqqında məlumatları məhkəmə prosesi forması əsasında hökümətə təqdim edirik. Bizim bu cür sorğulara cavab verən və 24 saat çalışan komandamız var. Güclü şifrələmə sistemi bizim, istifadəçilərin metaməlumatlarını dövlət orqanlarına təqdim etməyimizi istisna etmir” – deyə məktubda qeyd olunub. Bu ismarıc 20 Dekabr 2015-ci il tarixində göndərilib. Bununla yanaşı bu ilin Mart ayında ABŞ-ın xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Edvard Snouden bildirmişdi ki, məxfilik və məlumatların qorunması sahəsində "Apple” ABŞ vətəndaşlarını FTB-dən (Federal Təhqiqatlar Bürosu-FBI) qoruyan yeganə təhlükəsizlik sərhədidir.
    Linki kopyala