WikiLeaks, CIA-nin gizli məlumatlarını "Apple"a verəcək
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
WikiLeaks saytı, CIA-nin hackerlərlə bağlı məlumatları "Apple” və digər şirkətlərə verməyə hazırdır.
Bu barədə WikiLeaks-in
təsisçisi Julian Assange bildirib. Onun sözlərinə görə müəyyən şərtlər çərçivəsində,
hackerlərin istifadə etdikləri gizli sistemlər böyük şirkətlərə veriləcək. CIA-nin
gizli proqram təminatlarından əlavə olaraq "Apple” şirkəti həmçinin sözügedən təşkilatın
hackerlərinin istifadə etdikləri texniki tərəflərinin məlumatlarını da əldə edəcək.
Bu isə öz növbəsində şirkətə, öz məhsullarının təhlükəsizliyini daha yaxşı təmin
etməyə imkan verəcək. "Apple” bu təklifə hələ ki, heç bir reaksiya bildirməyib.
Məlumata əsasən WikiLeaks, CIA-nin texniki tərəfləri barəsində daha çox məlumata
sahibdir. Həmin məlumatların yaxın zamanda paylaşılacağı bildirilir. Bundan əlavə
olaraq CIA də tənqid olunub. Belə ki, təşkilat bu cür məlumatların
sızdırılmasının qarşısını ala bilməyib. CIA bu barədə heç bir fikir bildirməsə
də Edward Snowden və digər mütəxəssislər, 2013-2016-cı illərdə sözügedən təşkilatın
istifadə etdiyi hack üsullarının həqiqi olduqlarını təsdiq ediblər.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!