Wikileaks-in yaradıcısı Julian Assange, ABŞ-a hansı halda qayıdacağını bildirdi

08.05.2017 0 PAYLAŞIM 5283 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Wikileaks-in yaradıcısı Julian Assange, ABŞ-a geri qayıtması üçün öz şərtini qeyd etdi.

Əgər öz vəzifəsindən gedən ABŞ prezidenti Barack Obama, Wikileaks saytının informatoru Chelsea Manning-i əfv etsə onda Julian Assange, ABŞ-a ekstradisiyaya razı olacaq. Bu barədə Wikileaks-in rəsmi Twitter səhifəsində bildirilib. "Əgər, Obama, Manning-i əfv etsə onda ədliyyə nazirliyi tərəfindən başladılmış işin konstitusiya qaydalarına uyğun olmamasına baxmayaraq Assange, ABŞ-a ekstradisiyaya razı olacaq” – deyə tweetdə qeyd olunub. Qeyd etmək lazımdır ki, Obama-nın prezidentlik dövrünün bitməsinə 1 həftə qalıb. 30 Yanvar tarixində yeni prezident vəzifəsinə Donald Trump keçəcək. Nəticədə öz cinsini dəyişmiş, Wikileaks-in informatoru Bradley Manning daha öncə ABŞ ordusunda fəaliyyət göstərib. O, 2010-cu ilin May ayında həbs edilib. Manning, ABŞ-ın İraq və Əfqanistanda keçirtdiyi hərbi əməliyyatlar ilə bağlı gizli sənədlərin ötürülməsində ittiham olunur.

Həmin gizli məlumatlardan ən məşhuru isə ABŞ əsgərləri tərəfindən İraqda dinc əhalinin qətlə yetirilməsini sübut edən 39 dəqiqəlik videodur. 2013-cü ilin Avqust ayında Manning, 35 il azadlıqdan məhrum edilmə cəzası almışdı. Həbsxanada olan müddətdə o, özünün hüquqi cəhətdən Chelsea adlı qadın olduğu barədə məhkəmə qərarını almağa nail olmuşdur. Bundan əlavə olaraq Manning-in vəkillərinin sözlərinə əsasən həbsxanada olduğu müddətdə o, iki dəfə suiqəstə cəhd etmişdi. Julian Assange, 2006-cı ildə Wikileaks-i yaratmış avstraliyalı jurnalistdir. 2012-ci ildə Assange, İsveçə ekstradisiyadan boyun qaçırmaq üçün İngiltərədə yerləşən Ekvador səfirliyində gizlənmişdir. İsveçdə, Assange, zorakılıq və seksual təzyiq iddiaları ilə ittiham olunur. Assange özü isə bütün bu ittihamları təkzib edir və qorxur ki, əgər onu İsveçə göndərsələr onda İsveç höküməti öz növbəsində onu ABŞ-a ekstradisiya edəcək.