main-post-cover

    Windows 10-dakı Messenger üçün çoxdan gözlənilən yenilik təqdim edildi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Facebook” şirkəti Windows 10 üçün olan Messenger-ə çoxdan gözlənilən yenilənməni təqdim edib.

    Belə ki, artıq Windows 10 istifadəçiləri Messenger vasitəsilə audiovideo zənglər edə biləcəklər. Sözügedən funksiya çoxdan iOSAndroid platformalarında mövcuddur. Lakin indi bütün Windows 10 dəstəkli cihazlar üçün də aktiv olub. Zəng etmək üçün onlayn olan lazımi şəxsin istifadəçiyə klikləyərək zəng növündən asılı olaraq kamera və ya mikrofon ikonlarına klikləməlisiniz. Zənglər internet üzərindən olduğu üçün yaxşı keyfiyyət baxımından yüksək sürətli internetin olması vacibdir. Şirkətin verdiyi məlumata əsasən onlar yenilənməni təzə təqdim etdikləri üçün bir çoxları hələki bu funksiyadan yararlana bilməyəcəklər. Lakin yaxın müddət ərzində sözügedən funksiya hamı üçün aktiv olacaq. Bundan əlavə olaraq şirkət həmdə Windows Phone üçün də Messenger yenilənməsini təqdim edib. Bu yenilənmədədə video zənglər aktivdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər