Windows 10-nun yeni versiyasının çıxış tarixi bəlli oldu
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Microsoft şirkəti rəsmi olaraq Windows 10 ilə çalışan
cihazlar üçün Windows 10 Anniversary adlı yeni versiyanın çıxış tarixini
açıqlayıb. 29 İyul 2015-ci il tarixində Microsoft Windows 10 əməliyyat sistemini təqdim
etmişdir. Windows 7.8 və Windows 8.1 istifadəçiləri öz sistemlərini 10-cu
versiyaya kimi pulsuz yeniləyə bilərlər. Lakin 29 İyul 2016-cı il tarixindən
sonra yenilənmə üçün əlavə pul ödəmək lazım gələcək. Pulsuz yenilənmə dövrünün
bitməsindən sonra, yəni 2 avqust tarixində Microsoft sistemin yenilənmiş
versiyası olan Windows 10 Anniversary-ni təqdim edəcək. Sistemin yenilənmiş
versiyasının əsas xüsusiyyətləri Windows Ink əlyazma funksiyası, Edge
brauzerinin yeni funksiyaları və təhlükəsizlik sisteminin yenilənməsidir. Yeni
sistemdə olan dəyişikliklər həmçinin gamerlərin də ürəyincə olacaq. Belə ki, Windows-un
online mağazasında bir dəfə alınmış oyunları həm Xbox One-da həmdə Windows 10 dəstəkli
kompüterdə oynamaq mümkün olacaq. Bu zaman oyun prosesi hər iki platforma
arasında sixronlaşdırılacaq. Qeyd edək ki, hal-hazırda Windows 10 350 milyon
cihazda quraşdırılıb. Microsoft-un sözlərinə əsasən 10-cu versiya şirkətin
tarixində ən dinamik inkişaf edən sistemdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)