main-post-cover

    Windows Server 2016 istifadəyə verildi!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Microsoft”un Windows Server 2016 xidməti müştərilər üçün istifadəyə verildi. 1 Oktyabrda başlayan ilkin satışlar ərəfəsində "Microsoft”, Oktyabr ayının ortasında xidmətdən hərkəsin istifadə edə biləcəyini açıqlamışdı. İndi isə Windows Server 2016 satın alan müştərilər üçün artıq aktiv vəziyyətdədir.

    "Microsoft” bugün edilən çıxışla birlikdə hibrid bulud texnologiyasına fokuslanır. Windows Server 2016 sahib olduğu tətbiqləri və xüsusiyyətləri həm öz məlumat mərkəzi həm də Azure üzərindəki açıq bulud sistemindən işlədə biləcək.
    "Microsoft Azure”dan gələn təcrübə nəticəsində əməliyyat sistemi tərəfindən proqram, yaddaş və şəbəkə texnologiyaları ilə pula qənaət etməyi məqsəd seçən Windows Server 2016, sizə böyük üstünlüklər vəd edir.
    windows server 2016
    Windows Server 2016, Nano Server kimi yeni texnologiyalardan yararlanmağınıza kömək edərək, şirkət daxili və bulud əsaslı tətbiqlər qurmağınıza, işlətməyinizə şərait yaradır.
    Sistemin hələki iki fərqli qiymətdə modelləri mövcuddur. Yüksək ölçüdə virtuallaşdırılmış şəxsi və hibrid bulud mühitləri üçün Datacenter Edition və aşağı sıxlıqlı və ya virtuallaşdırılmayan mühitlər üçün Standart Edition.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər