Windows-un alternativləri olduğu halda niyə bu qədər populyardır? Microsoft haqda hər şey

129

"Microsoft"un məhsulları demək olar ki, hər birimizin evində yer almaqdadır. Buna ən sadə misal kompüterlərimizdə yer alan əməliyyat sistemi Windows-u misal göstərmək olar. Maraqlıdır bu şirkət haqda nə qədər məlumata sahibik. Niyə digər əməliyyat sistemləri olduğu halda Windows daha çox üstünlük təşkil edir.

Gəlin ilk əvvəl şirkətlə yaxından tanış olaq.

Niyə "Microsoft"?

Microsoft sözü iki sözün birləşməsindən əmələ gəlib: "microcomputer”"software”. İlk dəfə "Microsoft” adını Bill Gates Paul Ellen-ə yazdığı məktubda qeyd etmişdi. İlk olaraq 1976-da Yeni Meksikadaqurulan şirkət, daha sonra 1986-da Vaşinqton-Redmonda köçürülüb.

"Microsoft"un açılış səsini Brian Eno bəstələyib. Bu haqda ona sual verildikdə bunun çox gülməli və əyləncəli bir təcrübə olduğunu bildirib. Həmçinin Microsoft reklam kompaniyalarının birində Rolling Stones-un "Start me up” musiqisini istifadə edib. Nə deyək adamlar istifadəçiyə necə təsir etməyi bacarırlar.

"Microsoft"un favorit yeməyi Pizzadır

Şirkətin kampusunda 35 kafeterya yer alır və hər il 23 milyon pulsuz içki istifadə olunur. Bu içkilər arasında portağal suyu və süd üstünlük təşkil edir. Pulsuz içkilər çoxluq təşkil etsə də ən çox istifadə olunan yemək Pizzadır.

"Microsoft"da kişi hegemonluğu

"Microsoft" işçiləri arasında "Softie” olaraq işləyənlərin yaş ortalaması 38 və qazandığı məbləğ 106.000$ təşkil edir. Hal-hazırda şirkətdə 88.180 nəfər işləyir. Bunlardan 50.000-i Amerikada yaşayır və amerikalı işçilərin 76%-i kişilərdir.

"Microsoft" öz yaş gününü M&Ms-lə qeyd edir

Hər bir şirkətin özünəməxsus kiçik ənənələri mövcuddur. "Microsoft" işçiləri də şirkətin yubileyini M&Ms-lərlə qeyd edirlər.

"Microsoft"un hissələri 9 dəfə bölünüb

"Microsoft" təqdim olunduğu ildən bu vaxtadək hissələri 9 dəfə bölünüb. Şirkətin hissələrinin çox bölünməsinin səbəbi hissə paylarının çox yüksəlməsi olub. "Microsoft"un ilk təqdim olunduğu vaxt hissə dəyəri 21$ olduğu halda hal-hazırkı dəyəri 23$ təşkil edir. Şirkətin hissələri bölünməsəydi hal-hazırkı dəyəri 6000$-dan çox olardı.

"Microsoft" sənətə böyük dəyər verir

Şirkət özü texnologiya və innovativ yeniliklər təqdim etsə də digər sənət növlərinə də hörmətlə yanaşır. Belə ki, "Microsoft" 5000-dən çox sənət əsərinə sahib olan ən böyük təşkilati sənət əsəri kolleksiyaçısı hesab olunur.

"Microsoft" 10.000-dən çox patentə sahibdir

Hal-hazırda 10.000-dən çox patentə sahib olan şirkət hər il 3000 yeni patent üçün müraciət edir. 5000 patent oyunçuların Xbox 360 oyunlarını canlı izləməsi üçün lazım olan texnologiyaya aiddir.


İndi isə keçək mövzunun ən maraqlı hissəsinə. Maraqlıdır niyə "Microsoft" bu qədər qlobal xarakter daşıyır? Niyə Windows ən çox hack olunan əməliyyat sistemi olmasına baxmayaraq, onun alternativlərinə maraq bu qədər azdır? Niyə texnologiya aləmində ən yaxşı proqramçılara sahib "Microsoft", pirat Windows sistemini ortadan qaldıracaq proqram yaza bilmir yaxud etmək istəmir?

Cavab çox sadədir:

İnsanlar evlərində Windows-u pulsuz istifadə edə bilməsələr onda alternativ olan Linux-a keçid edə bilərlər. Bu halda Windows hal-hazırki hegemonluğunu itirə bilər. İnsanlar alternativləri istifadə etməyə başlasalar, onda bir çox firmalar öz proqramlarını Linux-a uyğun şəkildə proqramlaşdıracaqdır. Belə olan halda "Microsoft" şirkətlərə Windows satması çətinləşir. İnsanların vərdiş halına gətirdikləri şeylər onlar üçün daha asan olduğundan hər yerdə onu axtarırlar. Bunu nəzərə alan "Microsoft" evlərdə piratlara göz yumsa da şirkətlərdən yaxşı pullar qazana bilir.

Aranızda gələcəkdə "Microsoft" kimi möhtəşəm şirkətdə işləmək istəyən varsa aşağıdakı videonu izləyərək müəyyən məlumat sahibi ola bilər.