main-post-cover

    Wordpress.com ilə Wordpress.org arasındakı fərq nədir?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    WordPress ilə yeni tanış olanların ağlında mütləq bu suallar yaranır. "WordPress.com ilə wordpress.org arasındakı fərq nədir? Hansı daha üstündür?".

    Bu yazımda bu əsas suallara cavab verməyə çalışacam. Əvvəlcə bir cədvəl vasitəsi ilə fərqləri qısaca izah etməyə çalışım.
     
    FunksiyaWordPress.ORGWordPress.COM
    Hosting
    Lazımlı faylları yükləyərək öz hostinqinizdə blogunuzu yerləşdirə və faylları oradan idarə edə bilərsiniz.
    Hosting xidməti şirkətin öz serverlərindədir və siz blog-adı.wordpress.com kimi bir adresslə və ya şəxsi domen adınızı yönləndirərək bu xidmətdən yararlana bilərsiniz.
    Qiymət
    Blog üçün lazımlı faylları (scripti) ödənişsiz əldə edirsiniz lakin domen və ya hostinq almaq üçün hansısa serverə ödəniş etməli olacaqsınız.
    3 GB-a qədər ödənişsizdir. Pro versiyası üçün illik 99$ ödəməlisiniz. Pro versiyada 13 GB yer və bəzi əlavə xüsusiyyətlərə sahib olursunuz.
    Blog hazırlama müddəti
    Təxmini 15 dəqiqə
    Təxmini 5 dəqiqə (Sadəcə qeydiyyatdan keçmək müddəti)
    Mövzu (Görüntü)
    www.wordpress.org/themes saytından 1500-ə yaxın ödənişsiz mövzu içərisindən istədiyinizi quraşdıra bilərsiniz və ya digər servislərin təklif etdikləri minlərlə ödənişli mövzulardan birini satın ala bilərsiniz.
    Məhdud sayda mövzu mövcuddur 200-ə yaxın ödənişsiz və digər ödənişli mövzulardan istifadə edə bilərsiniz.
    Plaqin yükləmək
    Təxminən 15.000 plaqindən istədiyinizi istifadə edə bilərsiniz.
    30-a yaxın plaqin var və bunları ancaq pro versiyada istifadə etmək mümkündür.
    Reklamİstədiyiniz kimi reklam qəbul edə bilərsiniz
    Aylıq 25.000 səhifə görüntülənməsinə sahib olmadan sayta reklam yerləşdirə bilmərsiniz
    Yenilənmə-təhlükəsizlik və s.
    Saytın bütün işlərində məsuliyyət sizə aiddir. Lazımlı yenilənmələri etmək (sadəcə bir düymə ilə) sizə aiddir.
    Bu barədə artıq düşünməyin, siz sadəcə blog yazılarınızı yazın, bütün bunları Wordpress.Com özü edəcək və saytınızın təhlükəsizliyini də qoruyacaq.
    Yaddaş (GB)
    Saytınızı yerləşdirəcəyiniz yaddaş sahəsi aldığınız Saytınızı qoyacağınız hostinqdən asılıdır. Smarthost.az-dan münasib qiymətə hostinq əldə edə bilərsiniz.
    3 GB
     
     

    Mövzu Fərqi

    WordPress.com ilə bir blog yaratdığınızda mövzuları Wordpress-in sizə təklif etdikləri içərisindən seçmək məcburiyyətindəsiniz, öz mövzunuzu yaratmağınız və ya CSS kimi mövzunuzun görüntüsündə dəyişiklik etməyə yarayan fayllara daxil olmaq icazəniz yoxdur. Ancaq 30$ ödəniş qarşılığında CSS-də dəyişiklik etmək mümkündür. WordPress.org-da isə yenə də istədiyiniz mövzunu seçə bilərsiniz ancaq bunun xaricində bütün fayllarda dəyişiklik etmək, istədiyiniz mövzunu yükləmək kimi üstünlüklərə sahib olursunuz. 

    Plaqin Fərqi

    WordPress.com öz ödənişli plaqinlərinə sahib olub internet mühitində hardasa ağlınıza gələ biləcək sonsuz sayda plaqinləri istifadə şansını sizə tanımır. WordPress.org-da isə vəziyyət fərqlidir və burada istədiyiniz plaqindən istifadə edə bilərsiniz.

    Reklamlar

    WordPress.com ilə hazırladığınız blog üçün aylıq 25.000 girişə çatmadığınız müddətcə reklam qəbul etməyiniz mümkün deyil və reklamlardan alacağınız gəlirin bir qismini şirkətə verməlisiniz. Əlavə olaraq ödənişsiz olaraq hazırladığınız blog saytlarınıza şirkət öz reklamlarını yerləşdirir. WordPress.org-da isə şirkətin reklamları saytınızda göstərilmir və istədiyiniz kimi reklamları özünüz hazırlayıb, qəbul edərək pul qazana bilirsiniz.

    Təhlükəsizlik

    Təhlükəsizlik mövzusunda Wordpress.com-da bütün backup, virus qoruması və s. proseslər Wordpress-in özü tərəfindən təşkil edilir, sizin hər hansı bir əlavə iş görməyə ehtiyacınız yoxdur. WordPress.org-da isə bütün bunlardan saytı hazırlayan şəxs cavabdehdir.
    Ümumi olaraq bunu deyə bilərik ki, əgər yeni başlayan bir bloggersinizsə və mən hostinqdən, domen adından, təhlükəsizlik işlərindən və s. anlamaram deyirsinizsə WordPress.com ilə işə başlasanız daha məqsədəuyğundur. "Wordpress.com ilə addım-addım blog hazırlamaq" ilə bağlı məqaləmizdə də görəcəyiniz kimi professionallıq lazım olmayacaq dərəcədə asan olan bir neçə prosedur ilə öz blogunuza sahib ola bilərsiniz. Yox mənim bütün bunlardan anlayışım var və bütün idarəsinin məndə olacağı bir blog istəyirəm deyirsinizsə o zaman WordPress.org-u seçməli olacaqsınız.
    Əlavə suallarınız olsa Technote.az Facebook səhifəmizdə şərhlərdə və ya mesaj vasitəsi ilə soruşmağa çəkinməyin. Xoş bloglar...
    Linki kopyala