main-post-cover

    WoWoman Cinematography layihəsinə start verdi

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Wowoman qadınlara ən çılğın və "imkansız" xəyallarını həyata keçirmək üçün şərait yaradan, onları istiqamətləndirən platformadır.

     
    Paltforma bu dəfə fərqli layihəyə start verir. Belə ki, Wowoman:Wowideo kinematoqrafiyaya marağı olan xanımlara lazımi bacarıqlara yiyələnməsi üçün xüsusi yaradılarn proqramdır.
    Proqramın şüarını "Camera! Action! Non-Stop!" özü layihənin məzmunu haqqında anlayış yaradır - daim hərəkətdə olan kinematoqrafiya mühitində öyrəniləsi çox şey var və xanımlar öz "Hollivud"umuzu yaradana qədər çalışmaq niyyətindəyik.

    Layihənin birinci hissəsi 7 interaktiv dərsdən və 3 günlük müstəqil seminardan obarət olacaq və 10 Mart-10 May 2017 tarixləri arasında Ahmed Muxtar, Maria Ibrahimova, Famil Mahmudbayli kimi kino sahəsində professionalların təlimləri ilə həyata keçiriləcəkdir. Həm yerli, həm də beynəlxalq mühitdə məşhur olan digər film peşəkarların da 2 ay davam edəcək təlimlərdə studio dərsləri üçün istirakı gözlənilir. Dərslər İngilis və Azərbaycan dillərində keçiriləcək.

    Bu kinematoqrafiya sahəsində karyeranıza başlanğıc üçün böyük fürsətdir, əziz xanımlar!
    Bu işdə Wowoman Maria Ibrahimova tərəfindən ABS səfirliyinin dəstəyi ilə yaradılmış "Women in motion" layihəsi ilə əməkdaşlıq edir.
    Biz inanırıq ki, bu təlimlər hər bir istirakçının ruhundaki kinematoqrafi oyadacaq və  öz qısa filminin çəkilişi üçün lazımi bilikləri əldə edəcək.
    Qeydiyyat üçün son tarix 10 Mart 2017-ci ilə qədər uzadıldı. Ən yaxşı namizədlərin qəbul olunması üçün kriteriya maraqlı film ideyasının və bu sahədə irəliləmək üçün güclü motivasiyasının olmasıdır.
    Elavə məlumatı WoWoman:WoWideo facebook səhifəsi və WoWoman saytından əldə edə bilərsiniz.
    Wowideo kinematoqrafiya məktəbinin nümayəndəsi olmağa bir addım olaraq bu formudoldurun.
    Biz inanırıq ki, Obu dünyanı möhtəşəm edə bilər!
    Linki kopyala