main-post-cover

    WoWoman iki böyük layihəsini başa vurdu.

    Digər
    07.05.2017
    Farid Pardashunas
     
     
     
     
    WoWoman qadınların inkişafı üçün yaradılan, onların ən qeyri-adi, çılğın, "qeyri-mümkün" arzularını həyata keçirmək üçün yol göstərən, işarələr verən platformadır. Yarandığı tarixdən etibarən xanımların fərdi və peşəkar inkişafına töhfə verən addımlar atan platforma, 5 iyun tarixində iki böyük layihəsinin bağlanış mərasimini qeyd etdi.
    Belə ki, may ayı ərzinə davam edən və 7 moduldan ibarət WoWenture xanımlar üçün sahibkarlıq proqramının ilk hissəsi yekunlaşmışdır. Proqram çərçivəsində öz işini qurmaq istəyən xanımlara peşəkar mütəxəssislər tərəfindən müvafiq ideyanı tapmaq, biznesi planlamaq, marketinq, satış, müştərilərlə əlaqə qurmaq, sahibkarlıq fəaliyətinin hüquqi və maliyyə əsasları kimi mövzularda təlimlər keçirilmişdir.
    Bundan əlavə, Tech-Tech Xanim layihəsi çərçivəsində 3 aydır davam edən Java Web Development kursu başa çatmışdır. Kursu bitirən və İT sahəsinə marağı olan qızlara Microsoft şirkəti tərəfindən Microsoft Technology Assosiate serfikatı almaq üçün imtahana giriş imkanı da yaradılmışdır. Həmçinin, iştirakçılar Java dilində yazdıqları ilk real layihələrini də təqdim etdilər. 9 layihədən seçilmiş 3 layihə xüsusi sertifikatla teltif olundu.Tədbirin yekununda WoWoman gələcək hədəf və planlarını da açıqladı. Şagirdlər və gənc xanımlar üçün İT Yay məktəbi və HR kursunun anonsunu edən platforma, daim xanımlar üçün maraqlı və inkişafa yönəlik layihələri ilə fəaliyyətini davam etdirəcək. Növbəti addımlar haqqında məlumatları WoWoman facebook səhifəsindən izləyə bilərsiniz.






    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər