main-post-cover

    Xbox One S araşdırması

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    "Microsoft"un yeni konsolu Xbox One S, keçmiş model ilə müqayisədə yüzdə 40 daha incə və ağ bir gövdə ilə gəlir. 4K video və HDR dəstəyi fərqini ortaya qoyan Xbox One S bu gün bütün detallarıyla diqqət mərkəzində olacaqdır.
    2013-ci ildə Xbox One-ı satışa təqdim edən "Microsoft", üç illik zamanın ardından yeni konsolu Xbox One S-i bazara çıxardı. İyun ayında reallaşan E3 sərgisində tanıdılan konsol tanıdıldıqdan qısa bir müddət sonra Azərbaycanda də satışa təqdim edildi. Bir əvvəlki modeldən yüzdə 40 daha kiçik olan konsol portativ bir dizayna sahib olsa da daxilində saxladığı güclü xüsusiyyətləriylə diqqətləri üstünə çəkməyi bacarır. Konsolun təqdim etdiyi xüsusiyyətlərdən əvvəl dizaynından qısaca bəhs edək.
    Minimal DİZAYN
    Xbox One-da qara rəngli bir gövdə seçimində olan "Microsoft", yeni konsolunda ağ rəng seçimini etmişdir. Ağ rəngli və barmaqlıq dizaynlı bir gövdəylə qarşımıza çıxan konsol biz tərəfindən bu günə qədərki ən gözəl dizayna malik Xbox-dur. İncə işçilik ilə dizayn baxımından bizdən tam qiymət alan konsol, minimal dizaynıyla da göz oxşayır. Xbox One S, daha az yer tutması səbəbiylə bir əvvəlki modeldən fərqlənir. Konsolun ön və arxa tərəfində ümumi 3 ədəd USB 3.0 yer alır. Ön tərəfdə USB'--yə əlavə olaraq idarəetmə (gamepad) cütləşmə düyməsi və yeni infraqırmızı yayıcı, arxa tərəfdə isə iki ədəd HDMI, IR çıxışı, optik çıxışı və Ethernet var. Arxa hissəsində yer aldığı gamepad WİNDOWS 10 PC planşet və telefonlarla uyğun şəkildə işləyir.
    Yeni gamepad çox təəssüfki daha əvvəlki gamepadlarda olduğu kimi yalnız Xbox One tərəfindən təsdiq edilmiş qulaqlıqlarla uyğun şəkildə işləyir. İstədiyiniz qulaqlıqlığı gamepadda istifadə üçün Xbox One Stereo qulaqlıq adaptorunu satın almaq lazımdır. Xbox One S-in diqqət çəkən xüsusiyyətlərindən biri də daxili güc qaynağına sahib olmasıdır. Konsol daxili güc qaynağını daxilində saxlaması sayəsində kobud görünüşlü adaptora ehtiyac duymur və güc kabeli vasitəsilə işləyə bilir. Xbox One S bütün bunların yanında Xbox One-dan fərqli olaraq şaquli olaraq da istifadə edilə bilir. "Microsoft"un 2 TB-lıq modelinin içərisindən stend çıxsa da 500 GB-lıq və 1 TB-lıq modellərdə şaquli istifadə üçün əlavədən stend almaq lazımdır.

    4K VİDEO və HDR DƏSTƏYİ
    Yazının başında da ifadə etdiyimiz kimi Xbox One sahib olduğu 4K və HDR dəstəyi ilə fərqini ortaya qoyur. Xbox One S, 4K oyunları işlətməsə də 4K video dəstəyi ilə diqqət çəkir. 4K uyğun televizorlarla uyğun şəkildə işləyən konsol 4K Ultra HD Blu-Ray-idə problemsiz bir şəkildə oynada bilir. Konsol bununla birlikdəcNetflix üzərindən 4K video izləmək imkanı da verir. Əgər ki, Netflix üzərindən 4K videolar izləməyi planlaşdırırsınızsa ayda təxminən 25 AZN-i gözdən çıxarmanız lazımdır. Hal-hazırda bazarda satılan 4K Blu-ray oynadıcılarının qiymətlərinin yüksək olması Xbox One S-i satın almağı cazibədar edir. Konsol oyunları 4K dəqiqlikdə işlətməsə də, bu oyunları 4K-ya yüksəldərək (upscale) oynada bilir. Bu arada bunu da qeyd edək ki, 4K yüksəltməsi əsl bir 4K oyun təcrübəsini vermir. Xbox One S-i Xbox One-dan ayıran bir digər fərq HDR xüsusiyyətidir. HDR xüsusiyyəti sayəsində konsol, geniş bir rəng sahəsi və dolğunluğu təqdim edir. HDR bununla birlikdə gerçək qara və tünd rənglərin ortaya çıxmasına köməkçi olur. Bu an üçün Gears of War 4 və Forza Horizon 3 kimi məhdud sayda oyuna dəstək verən HDR-ın, son model 4K televizorlarda yer aldığınıda ifadə etməkdə fayda var. HDMI 2.0 dəstəkləyən konsol bu sayədə 4K dəqiqliyi 60 Hz-də göstərə bilir. Xbox One-da olduğu kimi 1,75 GHz-lik səkkiz nüvəli AMD Jaguar prosessorundan və 12 nüvə qrafik modulundan güc alan konsolun qrafik prosessorunun saat sürəti 853 MHz-dən 914 MHz-ə çıxmış vəziyyətdədir. Xbox One S-i Xbox One-dan performans baxımından ayrılmasını təmin edən bir digər fərq isə əməliyyat gücüdür. Xbox One S, 1,4 teraflops əməliyyat gücünə, Xbox One isə 1,31 teraflops əməliyyat gücünə sahibdir.
    İSTİFADƏÇİ TƏCRÜBƏSİ
    Avqust ayının başında təqdim olunan yay yenilənməsi ilə birlikdə Xbox One S, Cortana dəstəyi təqdim etməyə başladı. Hal-hazırda Amerika və İngiltərədə istifadə edilə bilən bu xüsusiyyət sayəsində Xbox One-ı səsli əmrlərlə idarə etmək mümkündür. "Hey Cortana" əmriylə aktiv halına gələn Cortana, Kinect köməyiylə yığıncaqlar təşkil edib və yoldaşlarınızın nələri oynadıqlarını da görə bilmək imkanı tanıyır. Xbox və Windows mağazaları da bu yenilənmə ilə birlikdə birləşir. Hal hazırda Windows 10 tətbiqlərinə Xbox üzərindən çatmaq mümkün olsa da tətbiq sayı o qədər də çox deyil. İrəliləyən aylarda bu ədədin artacağını ümid edirik. Xbox Play Anywhere adlı bir xüsusiyyət də yeni yenilənmə ilə gəlir. Bu xüsusiyyət sayəsində Xbox-də alınan bəzi oyunları PC-də də əlavə bir ödəniş ödəmədən ala biləcəksiniz. Son yeniləmədə bununla birlikdə arxa planda musiqi çalma və 60 FPS oyun videolarını qeyd etmək xüsusiyyətləri də vardır. OneGuide xüsusiyyəti sayəsində hər hansı bir peyk alıcısından gələn HDMI kabeli konsola bağlandığında televiziya kanalları Xbox One üzərindən izlənilə bilir. Nəticəyə gələcək olsaq Xbox One S, xüsusilə son model 4K televizor sahiblərini cəzbedəcək xüsusiyyətləri ilə birlikdə gəlir. Əgər əsl 4K oyun təcrübəsi yaşamağı planlayırsınızsa önümüzdəki il satışa təqdim ediləcək Project Scorpio-nu gözləməyinizi təklif edirik.

     
     
    Xbox One S XÜSUSİYYƏTLƏRİ :
    Prosessor
    1.75 GHz səkkiz nüvə AMD Jaguar
    Qrafik prosessor
    12 nüvə qrafik modulu
    Qrafik prosessor saat sürəti
    914 MHz
    Əməliyyat gücü
    1.4 teraflops
    ESRAM məlumatgöndərmə tutumu
    219 GB / s
    Görüntü çıxışı dəqiqliyi
    720p, 1080p, 4K (HDR)
    Daxili yaddaş
    500 GB / 1 TB / 2 TB
    Güc qaynağı
    Daxili
    Sürücü
    4K Blu-ray, DVD
    Əlaqələr
    Wi-Fi 802.11 a / b / g / n, Ethernet, HDMI 2.0a, S / PDIF, USB 3.0, IR infraqırmızı yayıcı

     
        Polad Tağıoğlu
       Redaktor

    Linki kopyala