main-post-cover

    Xiaomi-dən Intel Əməkdaşlığı ilə Ağıllı Ayaqqabı gəlir!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     
    Xiaomi, daha əvvəl Li-Ning adlı firma ilə ortaq istehsal etdiyi ağıllı ayaqqabı Li-Ning Smart-ın yerinə indi də Çinli firma Intel ilə birlikdə daha yaxşı bir ağıllı ayaqqabı təqdim edəcək.
    Texnologiyanın girə biləcəyi hər sahəyə girmiş olan Xiaomi, ötən il bir də ağıllı ayaqqabı təqdim etmişdi. Çinli idman vəsaitləri istehsal edən firma olan Li-Ning ilə ortaq şəkildə istehsal edilən Li-Ning Smart, uyğun qiyməti ilə birgə uğurlu bir ağıllı ayaqqabı təqdimatı etmişdi.
    İndi isə işləri bir addım daha irəli aparan Xiaomi, Intel ilə əməkdaşlığa gedərək çox daha yaxşı bir ağıllı ayaqqabı təqdim edəcək. 90 Minutes Ultra Smart Sportswear kimi uzun bir ad verdiyi ayaqqabı ilə 45 dollar qiymət etiketi olaraq da olduqca uyğun bir məhsul təqdim edəcək.

    2 aylıq batareya müddətinə sahib xüsusi çip ilə təchiz olunmuş ayaqqabı, addım, yerimə ya da qaçma vəziyyəti, dırmanma kimi seçimləri ayıra biləcək və məlumat olaraq da addım, məsafə və kalori xərcləməsini sizlərə təqdim edəcək.

    Mavi qara, qara və çəhrayı rəng variantlarına sahib olacaq bu ayaqqabı, yuxarıda da bəhs etdiyimiz kimi Li-Ning Smart-ın yeni və daha çox inkişaf etimiş versiyası olaraq qəbul edilə bilər.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər