"Xiaomi" iki ədəd yeni büdcəli smartfon modelini təqdim etdi

89

Pekində baş tutmuş təqdimatda "Xiaomi” şirkəti iki ədəd yeni büdcəli smartfonunu təqdim edib.

Şirkətin birinci smartfonu Redmi 4 modelinin yeni nəsli, digəri isə Redmi 4A olub. Təqdimat çərçivəsində şirkətin prezidenti bildirib ki, onlar 12.38 milyon ədəd Redmi 3 smartfonu satıblar. Beləliklə yeni modellərin həmin uğuru təkrar etmələri ehtimalı çox böyükdür. Flaqman dizaynına sahib Redmi 4 metal korpus ilə təchiz olunub və iki versiyada satışa çıxacaq. Birinci versiya 5 inç ekran, 8 nüvəli Snapdradon 430 prosessoru, 2 GB RAM, 16 GB daxili yaddaş ilə təmin olunub.

İkinci versiya isə 5 inç Full HD ekran, daha güclü 8 nüvəli Snapdragon 625 prosessoru, 3 GB RAM, 32 GB daxili yaddaş (microSD dəstəklənir) ilə təchiz olunmuşdur. Smartfonun arxa panelində barmaq izi skanı və PDAF faza avtofokuslu 13 MP-lik kamera yerləşdirilmişdir. Cihazın ön kamerası isə 5 MP-dir. Batareyaya gəldikdə isə hər iki smartfon 4100 mAh enerji tutumlu batareyaya sahibdir. Redmi 4-ün ilk versiyasınbın qiyməti 105$, ikinci versiyası isə 133$ təşkil edəcək.

Xiaomi Redmi 4A modeli arxa qapağına görə şirkətin keçmiş smartfonlarına bənzəyir. Lakin yeni cihazın qapağı metal deyil, plastikdir. Smartfon 5 inç HD ekran, 4 nüvəli Snapdragon 425 prosessoru, 2 GB RAM, 16 GB daxili yaddaş (microSD dəstəklənir)  və 3120 mAh enerji tutumlu batareya ilə təchiz olunmuşdur. Redmi 4A 13 MP-lik arxa və 5 MP-lik ön kameraya sahibdir. Çində Redmi 4A 74$ qiymətinə satılacaq.