main-post-cover

    Xiaomi Mi 5C, rəsmi olaraq təqdim olundu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Xiaomi” şirkəti rəsmi olaraq Xiaomi Mi 5C-ni təqdim etdi.

    Yeni smartfon, çirkətin ilk özəl Surge S1 prosessorunu özündə birləşdirən cihazdır. Xiaomi Mi 5C, keçən il satışa çıxmış Mi 4C-in davamçısıdır. Smartfon, metal korpusa və barmaq izi skanının inteqrasiya olunduğu "Home” düyməsinə sahibdir. Texniki göstəricilərinə gəldikdə isə Xiaomi Mi 5C, 5.15 inç Full HD ekran, 8 nüvəli Xiaomi Surge S1 prosessoru, 3 GB RAM, 64 GB daxili yaddaş, 2860 mAh enerji tutumlu batareya, 12 MP-lik arxa və 8 MP-lik ön kmaera ilə təchiz olunub. Cihaz, Android 7.0 Nougat əməliyyat sistemi vasitəsilə çalışır. Xiaomi Mi 5C, 3 Mart tarixindən 218$ qiymətində satışa çıxacaq.

     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər