main-post-cover

    Xiaomi Mi 6, 3 versiyada gələcək. Ətraflı detallar

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Xiaomi Mi 6 haqqında yeni detallar təqdim olunub.

    Xiaomi Mi 6, ağıllı telefon bazarında ən çox maraqla gözlənilən modellərdən oldu. Ortaya çıxan yeni xəbərlərə görə Xiaomi Mi 6, fərqli model variantları ilə satışa çıxacaq. Uyğun qiymətlərinə rəğmən yüksək pərformans təqdim edən Xiaomi Mi 5 modeli ilə ümumiyyətlə  dünyada  uğur əldə edən "Xiaomi”, yeni admiral gəmisi Mi 6 üçün işlərinə davam edir. Ağıllı telefon bazarında ən çox maraqla gözlənilən modellərdən biri olan Xiaomi Mi 6 haqqında , hər gün yeni detallar ortaya çıxmağa davam edir. "Xiaomi”yə yaxın mənbələr tərəfindən yayılan xəbərlərə görə, Mi 6 modeli 3 fərqli variantda satışa çıxacaq. Xiaomi Mi 6, fərqli  prosessor xüsusiyyətləri ilə gələcək!
    "Qualcomm”un yeni nəsil Snapdragon 835 prosessorundan güc alan Xiaomi Mi 6-nın, MediaTek Helio X30 ilə gələn, daha uyğun qiymətə olan bir versiyası daha satışa çıxacaq. 8 nüvəli Helio X30, firmanın yüksək pərformans əldə etmək üçün istehsal etdiyi prosessorundan biridir. Snapdragon 835 –dən güc alacaq olan Mi 6 Standard modelinin, Quad HD dəqiqliyində bir OLED  ekranla birlikdə 4 GB RAM-a və 128 GB daxili yaddaşa sahib olması gözlənilir. Əyilmiş  ekran ilə satışa çıxacağı gözlənilən Mi 6 Premier-in isə, yenə OLED  bir ekrana sahib olacağı, 6 GB RAM və 256 GB daxili yaddaşı ilə satışa çıxacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər