Xiaomi Mi Mix 2 canavar kimi gəlir!
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Çərçivəsiz dizaynıyla ötən il böyük səs gətirən Xiaomi Mi Mix-in yenisi Xiaomi Mi Mix 2 haqqında yeni məlumatlar ortaya çıxdı. Telefonun təchizatı canavar kimi olacaq.
Ötən il
satışa çıxan və xüsusilə çərçivəsiz dizaynıyla böyük maraqa səbəb olan Xiaomi
Mi Mix yenilənir.
Xiaomi Mi
Mix 2 adıyla satışa təqdim ediləcək model, GearBest'də ortaya çıxdı və xüsusilə
texniki xüsusiyyətləri ilə bir xeyli
diqqət cəlb edicidir.
Telefon gücünü Snapdragon 835 prosessorundan
alacaq. Digər texniki xüsusiyyətləri isə telefonun versiyasına görə dəyişəcək.
Üç fərqli versiyası olacaq olan Mi Mix 2-nin bir modelində 4 GB RAM + 128 GB
yaddaş sahəsi, digər bir modelində 6 GB
RAM + 128 GB yaddaş sahəsi yer alacaq, ən üst səviyyə modeldə isə 8 GB RAM və
256 GB daxili yaddaş sahəsi təqdim edəcək.
6.4 düym
ölçülü ekranda 1440 x 2540 keyfiyyətində AMOLED panel təqdim edəcək olan cihaz,
19 MP ana kamera ilə birlikdə 13 MP-lik selfie kamerası təmin edəcək. Əlavə olaraq
MIUI 9 üzərində çalışan Android 7.1
Nougat əməliyyat sisteminin olacağını da qeyd etmək lazımdır.
Təbii ki hələlik
bütün bu ortaya çıxan məlumatlar bir iddiadan ibarətdir. Telefonun rəsmi təqdimatı
nə zaman olacaq və bu məlumatların nə qədərinin öz təsdiqini tapacağını izləyib
görəcəyik.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ