Xiaomi Mi Note 2 modeli 50 saniyədə satılıb qurtardı

1523

Çinin öndə gələn elektron şirkətlərindən biri olan "Xiaomi" satış üzrə belə demək olarsa, rekorda imza atmağı bacarıb. Belə ki, çoxdandı gözlənən Xiaomi Mi Note 2 telefonu ilk olaraq Çində satışa çıxarılıb və ilk satış stoku sadəcə 50 saniyə içində satılıb qurtarıb.

"Xiaomi" ilkin olaraq çox sayıda cihaz istehsal etməsə da istehsal etdiyi Mi Note 2 modeli tez bir zamanda qurtardı. Cihazın ikinci satışının 8 noyabr 2016-cı ildə təşkil olunması nəzərdə tutulur. Təəssüf ki, şirkət ilk hissə satışlarında nə qədər cihaz satdığını açıqlamayıb.

 

"Xiaomi”nin digər modeli olan Mi Mix telefonunun 4 noyabrda satışa çıxarması nəzərdə tutur. Xiaomi modellərinin xaricdə satışının təşkili haqda heç bir məlumat verilməsə də internet üzərindən Mi Note 2 və Mi Mix modellərinin ön sifarişi artıq qəbul olunmağa başlayıb.

Çində 515$ dəyərində satılan Mi Note 2 modelində 6 GB RAM, Snapdragon 821 prosessor, 128 GB yaddaş sahəsi və qlobal LTE yer alır. Mi Mix modeli isə 4 GB RAM -128 GB yaddaş və 6GB RAM -256 GB yaddaş seçiminə sahibdir. İnternet üzərində yeni Xiaomi telefonu alanlara çatdırılma 15 dekabr tarixindən etibarən həyata keçiriləcək.