main-post-cover

    Xiaomi Mi Note 2 rəsmən təqdim olundu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Xiaomi"nin çoxdandır planladığı Mi Note 2 rəsmən tanıdıldı

    Artıq bir müddətdir tanıtımı gözlənilən Çinin əfsanəvi telefon markası Xiaomi, yeni Mi Note 2 telefonunu təqdim etdi. Bir çox telefon markalarının yaşadığı problemdən sonra ortaya çıxan Mi Note 2 hər kəsin diqqətini öz üzərində toplaya bilib.
    Bir sıra üstünlükləri ilə diqqət çəkən yeni telefonun bir çox istifadəçiləri olacağı güman olunur.
    Yeni Xiaomi Mi Note 2 modelinin üstünlükləri
    5.7 inç 2K(QHD) AMOLED ekran
    23 MP arxa və 8 MP ön kamera
    Qualcomm Snapdragon 821 çipseti
    Adreno 530 qrafik əməliyyat vahidi,
    4 GB və 6 GB LPDDR4 RAM,
    64 GB və 128 GB yaddaş həcmi,
    4.070 mAh enerji tutumlu batareya
    Ekran ölçüsü 77.2% olan Xiaomi Mi Note 2, Android 6.0.1 Marshmallow əsaslı Miui 8 qutudan çıxacaq.

     
    Qiymət olaraq 4 GB RAM-64 GB yaddaş həcmi sahəsi təklif edən modelin qiyməti 2.799 Yuan, 6 GB RAM və 128 GB yaddaş həcmi sahəsinə malik cihazın qiyməti 3.299 Yuan və LTE dəstəkli qlobal (6 GB/128 GB) versiyası isə 3.499 Yuan olaraq satışa çıxacaq.
    Linki kopyala