Xiaomi Mi Notebook Pro-nun texniki göstəriciləri sızdırıldı

260

Bu il "Xiaomi”şirkəti öz ilk noutbook modeli Mi Notebook Air-i təqdim etdi.

Noutbook, MacBook Air-ə çox bənzəyirdi. Sabah, şirkət, Xiaomi Mi Notebook Pro adlı portativ noutbookunu təqdim edəcəyi prezentasiya keçirəcək. Artıq əldə olunan məlumata əsasən yeni modelin üstün cəhətlərindən biri LTE dəstəyinin olacağıdır. Noutbook barədə rəsmi məlumatlar olmasa da bəzi mənbələrdən çox maraqlı təfərrüatlar əldə olunub. Beləliklə məlumata əsasən Xiaomi Mi Notebook Pro daha vacib xüsusiyyətlərinə görə Mi Notebook Air-dən fərqlənəcək. Deməli cihazın ekranı 4K dəstəkli olacaq və iki versiyada (12.5 və 16.5 inç) satışa çıxacaq.

Texniki göstəricilərinə gəldikdə isə noutbook, 4 nüvəli Intel i7-6700HQ prosessoru, GTX 960M videokartı, LPDDR standartlı 16 GB RAM və 512 GB SSD daxili yaddaş ilə təchiz olunacaq. Qeyd olunmuş prosessor növü ən sürətlilər siyahısına daxildir və hətta oyunlar üçün nəzərdə tutulmuş noutbooklarda belə rast gəlinir. Həmçinin Xiaomi Mi Notebook Pro yüksək sinif məhsul kimi qələmə verilir. Yəni onun ucuz başa gələcəyini gözləmək mənasızdır. Bununla belə bir çox mənbələr onun 860$ civarında satılacağını qeyd edirlər. Müqayisə üçün 2016-cı il 13 inç-lik MacBook Pro modelinin qiyməti 1500$ təşkil edir.