"Xiaomi" özünün ən innovativ smartfonu Mi Mix-i təqdim etdi

299

Yeni smartfonu Mi Note 2-dən əlavə olaraq "Xiaomi” şirkəti həmçinin daha bir smartfonu Mi Mix-i də təqdim etdi.

İlk öncə bu smartfonun sadəcə konsept olduğu söylənilsə də şirkət işlək vəziyyətdə olan prototipi təqdim etdi. Mi Mix-in əsas özəlliyi, onun ekran ətrafının tamamilə çərçivəsiz olmasıdır. Cihaz "Sharp” şirkətinin Aquos Crystal smartfonuna çox bənzəyir. Belə ki, o da çərçivəsiz dizayna sahibdir. Lakin "Xiaomi” daha irəli gedərək aşağı hissənin çərçivəsini də kiçildib. Mi Mix-in ön hissəsinin 91.3%-ni 6.4 inç-lik ekran tutur. Buna baxmayaraq ölçüsünə görə smartfon, 5.5 inç-lik ekrana sahib cihaza bənzəyir. Smartfonun yuxarı hissəsi demək olar ki, çərçivəsiz olduğundan onun ənənvi səsləndirici funksiyası yoxdur. Belə ki, həmsöhbət olduğunuz şəxsin səsi daxili qulağa səsi, kəllə sümüyü vasitəsilə ötürən və sümük keçirici texnologiyadan istifadə edən akustik sistem vasitəsilə eşidilir. Ekranın alt hissəsində əlavə yer olmadığından cihazın ön hissəsi yalnız kamera ilə təchiz olunub. Mix Mix-in daha bir özəlliyi, onun korpusunun tamamilə keramikadan hazırlanmasıdır. Şirkət həmçinin smartfonun texniki göstəricilərini də açıqlayıb.

- 4 nüvəli Qualcomm Snapdragon 821 prosessoru

4/6 GB RAM, 128/256 GB daxili yaddaş həcmi

16 MP arxa kamera

4400 mAh enerji tutumlu batareya (Quick Charge 3.0 sürətli enerji yığma funksiyası)

4 GB RAM və 128 GB daxili yaddaş versiyalı Mİ Mix 515$, 6 GB RAM və 256 GB daxili yaddaş versiyalı Mi Mix isə 590$ qiymətinə satılacaq. Smartfon 4 Noyabr tarixində satışa çıxacaq.