Xiaomi şirkəti yeni smartfonu və ilk noutbookunu təqdim edib
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Nəhayət ki, Xiaomi şirkəti öz ilk ikili kameralı smartfonu
Redmi Pro və ilk noutbooku Mi Noutbook Air-i təqdim edib. Smartfon digər ikili
kameralı cihazlar ilə rəqabət apara biləcək. Belə ki, onun texniki göstəriciləri
diqqəti cəlb edir. Yeni smartfon Xiaomi Redmi Pro dünyada ilk üçklaster
arxitekturalı 10 nüvəli mobil prosessor ilə təchiz olunub. Bundan əlavə olaraq
o 3 və 4 GB-lıq RAM versiyalarla satılacaq. Beləliklə RAM-ın göstəricisindən
asılı olaraq smartfon 32, 64 və 128 GB-lıq daxili yaddaşlarla (microSD dəstəklənir)
təqdim olunacaq. Cihaz 2.5D şüşə örtüklə qorunan 5.5 inç OLED ekran, 4050 mAh
enerji tutumlu batareya, USB Type-C girişi və barmaq izi skanı (barmaq izi
skanı Home düyməsində yerləşir) ilə təchiz olunmuşdur. Redmi Pro-nun əsas özəlliyi
onun iki kameralı olmasıdır. Arxa paneldə yerləşdirilmiş kameralardan biri 13
MP, digəri isə 5 MP-dir. Hər iki kamera sayəsində professional fotoaparatlarda
alınan fotoları çəkmək mümkündür. Ön kameraya gəldikdə isə o 5 MP-dir. Gözlənildiyi
kimi smartfonun qiyməti baha deyil. 3 GB RAM (32 GB daxili yaddaş) versiyalı
smartfon $225, 3 GB RAM (64 GB daxili yaddaş) versiyalı smartfon $255, 4 GB RAM
(128 GB daxili yaddaş) versiyalı smartfon isə $300 qiymətinə satılacaq.
Yeni smartfondan əlavə olaraq şirkət öz ilk noutbooku olan
Xiaomi Noutbook Air-i təqdim edib. Əslində Xiaomi MacBook Air-in oxşarını
yaratdığını heç vaxt gizlətmirdi. Beləliklə noutbook iki versiyada satılacaq.
Onlardan biri 12.5 inç, digəri isə 13.3 inç ekrana sahib olacaq. Noutbookun
bütün təqdimat müddəti ərzində cihaz Apple məhsulu ilə müqayisə edilirdi. Apple-ın
13.3 inç ekranlı noutbookunun qalınlığı 17 mm olduğu halda Xiaomi-də bu göstərici
14.8 mm-dir. Vizual cəhətdən Xiaomi-nin məhsulu MacBook-dan çox da fərqlənmir.
Hər iki noutbookun ekranı 5.59 mm-lik çərçivəyə sahibdir. Ekranlar yüksək
dözümlü şüşə örtüklə örtülmüşdür. Texniki göstəricilərə gəldikdə isə Xiaomi Mi
Notebook Air 13.3 modeli 6-cı nəsil Intel Core i5 prosessoru, 8 GB-lıq RAM, 256
GB (SSD PCLe NVMe) daxili yaddaş, Nvidia GeForce 940MX videokartı, iki USB 3.0,
HDMI, USB Type-C, 3.5 mm girişlər ilə təchiz olunmuşdur. Noutbook 9.5 saat işləmə
müddətinə sahibdir. 50% enerjini isə 30 dəqiqə ərzində yığır. Sistem təminatıWindows 10-dur.
Xiaomi Mi Noutbook Air 13.3 $749qiymətinə satılacaq.
Xiaomi Mi Notebook Air 12.5 modeli isə Intel Core M3
prosessoru, 4 GB-lıq RAM, 128 GB daxili yaddaş (SSD PCLe NVMe), Intel HD
Graphics 515 videokartı və Windows 10 əməliyyat sistemi ilə təchiz olunub. Bu
model 11.5 saat işləmə performansına sahibdir. Xiaomi Mi Notebook Air 12.5 $524
qiymətinə satılacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ