main-post-cover

    Xiaomi və Microsoftdan sürpriz ortaqlıq

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Çin ağıllı telefon bazarının liderliyini əlindən buraxmayan Xiaomi, Microsoft ilə bağladığı 1,500 patentlik alış sazişi sonrası proqram tərəfdən də önəmli addım atıb.

    The Wall Street Jounal'ın xəbərinə görə, sazişə görə Xiaomi'nin Mi 5, Mi Max, Redmi Note 3 və Mi 4S kimi Android əməliyyat sisteminə sahib ağıllı telefonlarda Microsoft'un yaratdığı proqramlar sistemə yüklü olaraq gələcək. Bu proqramlar siyahısına Office və Skype kimi populyar proqramlar başçılıq edərkən, alınan 1,500 patent sayəsində də şirkətin Çin xaricində daha çox elektronika sata biləcəyi və böyüyəcəyi deyilir.

    Microsoft, buna bənzər sazişi daha əvvəl Samsung ilə bağlamış və bəzi planşetlərdə proqramlar yüklü olaraq gəlmişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər