Xiaomi yeni bir məhsulun təqdimatına hazırlaşır

452

Mərkəzi Çində yerləşən mobil telefon istehsalçısı Xiaomi, yeni tanıdacağı məhsul üçün maraq səbəb olacaq bir afişa yayımladı. Xiaomi tamamilə fərqli bir məhsulla qarşımıza çıxa bilər.

Son vaxtlar Xiaomi ancaq telefon bazarında özünü tanıtmışdı. Amma şirkət bir çox sahədə çalışmalar həyata keçirməkdədir.

Xiaomi elektrikli nəqliyyat vasitəsini təqdim edə bilər

Daha əvvəl Xiaomi QiCycle adıyla uyğun qiymətə, qatlana bilən və ağıllı velosiped təqdim edən şirkət bu dəfə də başqa bir məhsulun təqdimatına hazırlaşır. Təqdimat 12 dekabr tarixində baş tuta bilər. Şirkətin təqdim etdiyi afişada bu yeniliyin elektrikli nəqliyyat vasitəsi ola biləcəyi təxmin edilir.

 

Amma bu nəqliyyat vasitəsinin tam olaraq nə olacağı bilinmir. Amma şirkətin CEO-su keçən il, 3-5 il daha elektrikli maşın istehsal etməyi planladıqlarını bildirmişdi.

E-ABS kilitlənməz əyləc sistemi, yeniləyici əyləc, sürət təyinat sistemi, perforasiya əyləc diskləri və tək parça qəlib tökmə motor, məhsulun xüsusiyyətləri arasında göstərilir.