main-post-cover

    "Xiaomi"dən sevgililər gününə özəl - Redmi Note 4X

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Xiaomi, orta səviyyə xüsusiyyətlərə sahib yeni telefonu Redmi Note 4X-i elan etdi. Cihaz, 14 fevral-dan etibarən bir neçə fərqli versiyada satışa çıxacaq.

    14 fevralsevgililər günü üçün bir sürpriz hazırlayan Xiaomi, Redmi Note 4X-in təqdimatını reallaşdırdı. 144 dollar qiymət etiketi ilə satışa çıxacaq olan telefonun bir də xəyali xarakter Hatsune-yə uyğunlaşdırılmış versiyası var. Bunun qiyməti isə188 dollar olacaq.
    Hatsune sticker-li cihaz, normal versiya ilə eyni xüsusiyyətlərə sahib kimi görsənir, ancaq bu cihazı satın alanlar üçün məhdud sayda powerbank, telefon üçün özəl korpus və gələcək zamanda Hatsune mövzusunu yükləmə şansına sahib olacaqlar.

    Redmi Note 4X-in xüsusiyyətləri bunlardır:

    5.5 inç ölçüsündə və 1080p keyfiyyətində ekran
    Snapdragon 625 prosessor
    3 GB RAM və 32 GB daxili yaddaş sahəsi
    13/5 MP keyfiyyətində arxa və ön kamera
    4100mAh gücündə batareya
    Android Marshmallow 6.0 əməliyyat sistemi
    İki SIM kart dəstəyi
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər