main-post-cover

    "Xiaomi"nin yeni smartfonları Mi Note 2 və Mi Mix-i almaq istəyənlərə bəd xəbər

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Bu həftə "Xiaomi” şirkəti Pekində keçirtdiyi tədbir çərçivəsində iki yeni smartfonu Mi Note 2Mi Mix-i təqdim etmişdi.

    Xiaomi Mi Note 2 əyilmiş ekran ilə təchiz olunmuş, Mi Mix isə demək olar ki, çərçivəsiz korpusu ilə təəccübləndirirdi. Bununla yanaşı Mi Mix konsept deyil. Smartfon 4 Noyabr tarixindən satışa çıxacaq. Lakin təəssüflər olsun ki, şirkət sözügedən smartfonları doğma bazardan başqa heç yerdə satmayacaq. "Technote.az"ın "Androidcentral.com"a istinadən verdiyi xəbərə əsasən yalnız daxili bazar üçün nəzərdə tutulması fikri yeni bir qərar deyil. Lakin güman olunurdu ki, Mi Note 2 ən azından Sinqapur, Malayziya və Hindistan kimi ölkələrdə satışa çıxacaq. Görünür bu baş verməyəcək. Bu cür strategiyanı şirkət Mi Note-un birinci modeli üçün də tətbiq etmişdi. Nəzərə alsaq ki, Mi Note 2 qlobal LTE-ni dəstəkləyir, deməli smartfon bir çox bazarlarda maraq oyatmalıdır. Lakin şirkət smartfonun daxili bazardan kənarda satılmasını planlaşdırmır. Hər-halda yaxın zaman ərzində bu belə olacaq. Mi Mix smartfonuna gəldikdə isə o, az tirajda istehsal olunacaq. Smartfonun ekranının və keramik korpusunun istehsal çətinliyini nəzərə alsaq bu heçdə təəccüblü deyil. Şirkət ay ərzində 10.000 Mi Mix smartfonu istehsal etməyi planlaşdırır. Artıq bu faktor, smartfonun nəyə görə yalnız daxili bazara yönəldiyini açıqlayır. Lakin burda başqa səbəblər də var.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər