main-post-cover

    Xoruldamağa son. Yeni cihaz bu adətdən qurtulmağa yardımçı olacaq (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Vəsait yığma üzrə məşhur platforma olan Indiegogo-da SnoreCircle adlı unikal cihaz üçün vəsaitin yığılması başa çatıb.

    Xoruldamağa son qoyan cihaz SnoreCircle
    Həmin cihaz vasitəsilə yatan zaman xoruldayan insanlar xoruldama adətindən tamamilə qurtulacaqlar. Cihazın istehsalıçısı olan "WFLY Electronics” şirkəti bildirib ki, onların bu cihazından istifadəsindən 2-3 gün sonra xoruldayan dostlarınız artıq sizi narahat etməyəcəklər. İnsanlar hansı səbəbdən xoruldayırlar? Xorultunun səbəbi nəfəs alan zaman hava axınlarının burundan daxil olan zaman yuxarı nəfəs yollarının yumşaq toxumalarını qıcıqlandırmasıdır. Yuxu zamanı bu əzələlər rahat vəziyyətdə olduqları üçün vibrasiyaya daha çox meyilli olurlar. SnoreCircle cihazı ötürücülərin hesabına vibrasiyanın növünü müəyyən edir. Daha sonra cavab mikrovibrasiyaları və xüsusi səslər sayəsində yumşaq toxumaların titrəyişini sıfıra endirir.
    Xoruldamağa son qoyan cihaz SnoreCircle
    İstehsalçıların sözlərinə görə bu şəraitə öyrəşmək 2-3 gün vaxt aparır. Belə ki, ilk günlərdə yatan şəxs vibrasiya və səslər səbəbdən yuxudan oyanır. Daha sonra yatan şəxsin orqanizmi buna öyrəşir və o artıq xoruldamır və oyanmır. Şirkət öz cihazına çox güvənir. "Technote.az"ın "Gagadget.ru"a istinadən verdiyi xəbərə əsasən hətta o dərəcədə güvənir ki, alındıqdan sonra 30 gün müddətində cihazın bir təsiri olmasa şirkət vəsaiti alıcıya geri qaytaracağını vəd edir. Cihaz 3 növə ayrılır. Onlar xarici görünüşlərinə və minimal funksiyalarına görə bir-birindən fərqlənirlər. Məsələn birinci versiya 9 vibrasiya növünə sahibdir. Lakin yuxu fazalarının izlənilməsi üçün nəzərdə tutulmuş xüsusi tətbiqə qoşula bilmir. Bu səbəbdən də məlumatların bulud servisində saxlanılması mümkünsüzdür. İkinci və üçüncü versiyalar isə 54 vibrasiya növünə sahibdirlər və mobil tətbiq ilə çalışa bilirlər. Cihaz 2 saat enerji yığaraq iki gecə istifadəsi gücünə sahibdir. SnoreCircle-ın yeni versiyasının qiyməti 89$ təşkil edir. Cihaz bu ilin Noyabr ayında satışa çıxacaq.

     
     
    Linki kopyala