Xperia X Compact cihazı satışa çıxarıldı

221

Sony-nin çoxdan gözlənilən Xperia X Compact modeli artıq satışa çıxarılıb

GSMArena saytında verilən məlumata görə Sony-nin yeni modeli Xperia X Compact, Avropada 449 avroya satışa çıxarıldı. Telefonun tezliklə digər ölkələrdə də satışa çıxması gözlənilir.

 

Xperia X Compact-ın xüsusiyyətləri

4.6 inç böyüklükdə HD keyfiyyətə malik ekrana sahib cihaz 6 nüvəli Snapdragon 650 prosessora sahibdir. 3 GB RAM və əlavə 32 GB daxili yaddaşı olan telefonda lazer avtofokusu və rəngi təyin edən sensorla dəstəklənən 23 MP arxa kamera yer alır. Android 6.0.1 Marshmallow əməliyyat sistemi ilə çıxış edən Xperia X Compact-ın ön kamerası 5 MP-dir. Bundan əlavə cihazda 2.700 mAh həcmində batareya, USB Type-C bağlantı mövcuddur.