main-post-cover

    Xperia XZ modelinin davamçısının ilk fotoları sızdırıldı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Çinin, Weibo sosial şəbəkəsində yeni Xperia modelinin fotoları sızdılıb.

    Məlumata əsasən təqdim olunmuş fotolardakı smartfon, keçən il satışa çıxmış Xperia XZ modelinin davamçısıdır. Bir neçə smartfonun əks olunduğu fotoda Xperia XZ, aşağı sağ hissədə olandır. Fotoya əsasən demək olar ki, yeni smartfon, 4 GB-lıq RAM-a sahib olacaq. Bir sıra mütəxəssislərin fikrincə isə fotodakı smartfon, 2015-ci ildə satışa çıxmış Xperia Z5 Premium modelinin davamçısıdır. Hər-halda yeni smartfonun kod adı Sony Yoshino kimi qeyd olunub. Onun 5.5 inç 4K Ultra HD keyfiyyətli ekran, Snpadragon 835 prosessoru, 4/6 GB RAM və Sony IMX400 əsasında kamera ilə təchiz olunacağı gözlənilir. "Sony”nin yeni Xperia modellərinin bu ayın sonunda keçiriləcək MWC 2017 sərgisində təqdim olunacağı gözlənilir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər