Xperia Z5 Premium 2017 Edition gəlir!

823

Sony Xperia Z5 Premium 2017 Edition modelinin detalları ortaya çıxmağa başladı. Z5 Premium adını davam etdirməyi hədəfləyən Sony, olduqca iddialı gəlir!


Sony Xperia Z5 Premium 2017 Edition modelinə aid ilkin detallar ortaya çıxdı. Sony-nin Z5 Premium ilə daha əvvəl istifadə etmiş olduğu 4K ekran təcrübəsi, artıq sabit keyfiyyətdə ola bilər.

Qısa bir müddət əvvəl Sony-nin 4K ekran keyfiyyətinə sahib və Snapdragon 835 əməliyyat sistemli bir model istehsal edəcəyini xəbər vermisdik. İndi isə bu iddialar təsdiqini tapdı deyə bilərik. Sony-nin 2015-ci ildə bazara təqdim etdiyi Xperia Z5 Premium modeli müəyyən istifadə şərtlərində 4K ekran keyfiyyətini təmin edirdi ancaq bu vəziyyət standart istifadə üçün etibarlı deyildi.


Sony Xperia Z5 Premium 2017 Edition modelində, 5.5 inç ölçülü ekran 3840x2160 piksel keyfiyyətini təqdim edəcək. Telefonda olması gözlənilən Snapdragon 835 əməliyyat sistemi isə bu keyfiyyəti dəstəkləyəcək. Yaddaş tərəfində isə 4GB LPDDR4 RAM 64 GB daxili yaddaş sahəsi yer ala bilər. Kamera modelində hər zaman idialı olan Sony,Xperia Z5 2017 Edition modelində Sony IMX400 sensoruna yer verəcəyi təxmin edilir.

Sony-nin yeni nəsil telefonunu Barcelona-da təşkil olunacaq MWC 2017 mərasimində təqdim etməsi gözlənilir.