main-post-cover

    Yaddaş mexanizmamız ilə əlaqədar yeni kəşflər edildi

    07.05.2017
    Farid Pardashunas

    Elm adamları beynin yaddaş hüceyrələrinin iş mexanizmləri ilə əlaqədar yeni kəşflər etdi. Bu yeni inkişaflar bəzi xəstəliklərin inkişaf prosesinin araşdırılmasında faydalı olacağa bənzəyir.

    Duke Universiteti tədqiqatçıları beynin yaddaş mexanizmi ilə əlaqədar təəccüblü nəticələr əldə etdi. Tədqiqatçılara görə bu mexanizm Epilepsiya kimi xəstəliklərin inkişaf prosesinə işıq tuta bilər.
    Tədqiqatçılar müxtəlif kimyəvilərlə siqnal verici neyronları təqlid edərək etdikləri təcrübədə siqnal alan tərəfdəki neyronların da müxtəlif kimyəvi maddələr ifraz edərək xəbərləşmədə təsirli olduğu nəticəsinə çatdı. Təcrübələri siçanlar üzərində edən elm adamları araşdırdıqları qəbuledicilərin insanda da yaddaş üzərində rol oynadığını və bənzər bir mexanizmin epilepsinin daxilində də iştirak etdiyini ifadə etdi.

    Bu sayədə başda beynin temporal lobunda (beynin öyrənmə və yaddaş əlaqələri ilə əlaqədar qismi) ortaya çıxan və ən sıx görülən epilepsiya növü olan TLE (Temporal Lobe Epilepsy) olaraq adlandırılan xəstəlik olmaqla müxtəlif nevroloji xəstəliklərin inkişaf prosesinə bağlı daha çox məlumat əldə edə biləcəklər.
    Mövzu üzərində bənzər mexanizmləri də araşdıran elm adamlarının işləri isə davam edir.
     
     

     
        Polad Tağıoğlu
       Redaktor

     


     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər