"Yahoo", 500 Milyon Yahoo Hesabının Hack Edildiyini Təsdiqlədi!

554

Hack edilmə hadisələri haqqında dəqiq bir açıqlama verməkdən qaçan "Yahoo”, nəhayət 500 milyon Yahoo hesabının oğurlandığını rəsmi olaraq açıqladı.

Son vaxtlarda telekommunikasiya nəhəngi "Verizon”a satılması ilə haqqında özündən söz etdirən "Yahoo”, 2014 ilində məlumat bazasına edilən hücumla 200 milyon istifadəçinin hesabının oğurlandığı və internetdə paylaşıldığı iddiası ilə gündəmə gəlmişdi.

Ancaq "Yahoo”, keçən ay gündəmə daşınan bu mövzu ilə əlaqədar dəqiq bir açıqlama etməkdən qaçınmış və mətbuat ilə açıq bir məlumat paylaşmamışdı. "Verizon” tərəfindən satın alma prosesinin ləğv edilməsini istəmədiyi üçün bu məlumatı gizlətdiyi düşünülən "Yahoo”, "Verizona”a daxil olduqdan sonra oğurluq hesablarla bağlı açıqlama verdi.

500 Milyon Hesab Oğurlanıb!

"Yahoo” etdiyi açıqlamada 500 Milyon "Yahoo” hesabının oğurlandığını qəbul etdi. Daha əvvəl 200 milyon hesab oğurlandığı iddiasından çox daha qorxunc bir rəqəmdə istifadəçi məlumatını oğurlatdıran "Yahoo”, 2014-cü ildə yaşanan böyük hücumu da qəbul etdi.

Bu nöqtədə istifadəçilərdən hesabları üzərindən bir əməliyyat aparılıb-aparılmadığı mövzusunda yoxlama etməklərini istəyən "Yahoo”, istifadəçilərin hesab məlumatlarını dəyişdirməli olduqlarını da bildirdi.

Bu nəhəng hack hadisəsinin "Yahoo”nun etibarı baxımdan necə bir təsiri olacağını isə hələki bilmirik. Həmçinin bu hack hadisəsinin dövlət dəstəkli hackerlər tərəfindən edildiyi iddiası da hazırda gündəmdədir.