main-post-cover

    Yahoo hesablarını alan şəxs onun illeqal sahibi olacaq!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Yahoo-dan oğurlanan 1 milyard hesab satışa çıxarılıb.

    Artıq ikinci dəfə Yahoo-nun istifadəçilərinə aid hesablar hackerlər tərəfindən ələ keçirilir. Amma bu dəfə hack olunan hesabların həcmi digərlərindən çoxdur. Bu vəziyyətin nə qədər müddətdir belə davam etməsi heç kəsə məlum deyil. Yahoo belə bir vəziyyəti inkar edə bilmədiyi üçün onu açıqlamaq məcburiyyətində qalıb.
    Hack olunan hesablar Dark Web-də satışa çıxarılıb. Həm də bu qədər hesab üçün tələb olunan qiymət də çox maraqlıdır. 1 milyard hesab üçün hackerlər 300.000 dollar pul tələb edirlər. Maraqlı olan bir digər məqam isə bu hesabaları alan şəxsin məlumat bazası idarəsini də ələ ala bilməsidir.
     
    Yəni başqa sözlə desək, məbləği ödəyən şəxs Yahoo-nun illeqal (qeyri-qanuni) sahibi olmağa hak qazanır. Qeyri-rəsmi məlumata görə, bu məbləği ödəməyə hazır olduğunu bildirən 3 şəxs mövcuddur. ABŞ-ı narahat edən əsas məqam isə Amerikaya aid 150.000 əsgərə aid hesabın da oğurlanan hesablar arasında yer almasıdır. Yahoo hücumun Şərqi Avropa tərəfdən həyata keçirildiyini bildirsə də məlumat tam təstiq olunmayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər