Yalnızlığınızın mənbəyi bəlli olub

665

Yalnızlıq hissi təkcə müəyyən bir haldan asılı olmayaraq, həmçinin genetik şəkildə ötürülür.

San-Dieqo Tibbi Məktəbin psixiatrları yalnızlığın əsl təbiətini müəyyənləşdirmək üçün 50 yaşdan yuxarı 10.760 insanın DNT-lərini müşahidə ediblər. Alimləri təəccübləndirən fakt yalnızlıq hissinin subyektiv olmasıdır. Eyni sayda qohum və dostlara sahib iki insandan biri xoşbəxt, digəri isə özünü yalnız hiss edir. Beləliklə yalnızlıq hissi hansısa daxili faktorlar ilə müəyyən edilir. Alimlər təcrübə iştirakçılarının genetik xəritələrini diqqətli şəkildə müşahidə ediblər. Müşahidələr zamanı iştirakçıların yaşları, maddi imkanları, ailə və sağlamlıq vəziyyətləri kimi faktorları nəzərə alınıb.

Daha sonra hər bir iştirakçıya 3 sadə sual verilib. "Özünüzü tez-tez düşkün hiss edirsiniz?”, "Tez-tez ünsiyyət çatışmamazlığını hiss edirsiniz?”, "Tez-tez bu dünyada yalnız olduğunuzu düşünürsünüz?”. Bütün bu məlumatları bir araya toplayandan sonra alimlər nəticəyə gəliblər ki, yalnızlıq hissi 27% halında irsi xarakter daşıyır. Həmin hissi depressiyanın əmələ gəlməsində rol oynayan genlər yaradır. Növbəti mərhələdə alimlər yalnızlıq mexanizmini anlamaq üçün onu daha diqqətlə müşahidə edərək qarşısının alınıb-alınmamasını öyrənməyə çalışacaqlar.