main-post-cover

    Yanında siqaret çəkiləndə öskürən reklam billboardı

    Digər
    07.05.2017
    Farid Pardashunas

    İsveç aptek zənciri Apotek Hjärtat üçün hazırlanan reklam billboardı, yanında biri siqaret çəkdiyində öskürməyə başlayır.

    İsveç aptek zənciri Apotek Hjärtat insanların daha sağlam bir həyat sürməklərini özünə məqsəd edinib. Bu səbəbdən də bir çox qərarın alındığı yeni il ərəfəsində, siqaret çəkənlərə "2017-də siqareti tərgidəcəm!” dedirtəcək bir iş ilə ortaya çıxıb.

     
    Başda Stockholm olmaq üzrə İsveçin bir neçə şəhərində yerləşdirilən billboardlar üçün insanların çox siqaret çəkdiyi nöqtələr seçilib. Billboardın içərisinə duman təyin edən sensorlar yerləşdirilib. Bununla da billboardın ətrafından siqaret çəkən biri keçdiyi zaman ekrandakı adamın öskürməsi əks edilir. Öskürəkdən sonra "Yeni il, yeni qərarlar” yazısı ilə birlikdə nikotin saqqızı reklamı görünür, bu da reklam kampaniyasını apteklə əlaqələndirir. Öskürəyə reaksiyalar isə müxtəlifdir. Bəziləri öskürəyə öz siqaretlərinin yol açdığını anlamayın siqaretlərini çəkməyə davam edərkən, bəziləri gülməyə başlayır.
    Kampaniyanın videosu aptekin Facebook səhifəsindən Dekabr ayının axrında paylaşılıb və o gündən bu günə 376.000 dəfə izlənilib. İnternet vasitəsi ilə kampaniya: lokal bir aptekin lokal bir billboard olaraq qalmaq yerinə dünya səviyyəsində siqaret haqqında müzakirələr yaratmağı bacarıb.
    Linki kopyala