main-post-cover

    Yanınızda gəzdirə biləcəyiniz bulud servis cihazı təqdim olunub

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Məlumatların bulud servislərdə saxlanılmasında sözsüz ki, müsbət cəhətlər var.

    Lakin bulud servislərin əsas problemlərindən biri odur ki, istifadəçilər öz məlumatlarını heç cür idarə etmirlər. Serverdə ola biləcək istənilən nasazlıq və ya hackerlərin hücumu, istifadəçinin məlumatlarının itməsinə səbəb ola bilər. Bulud servislərin əlverişliyi və təhlükəsizliyi ilə "Fasetto” şirkəti məşğul olub. Belə ki, şirkət, CES 2017 sərgisində Link adlı kiçik bulud servis cihazını təqdim edib. İstifadəçi, sözügedən cihazı hər zaman yanında gəzdirə bilər və ona qoşulmaq üçün naqilə ehtiyac yoxdur. Cihazın daxilində "Samsung”un 2 TB-lıq yaddaş həcmi və 8 nüvəli Exynos 7420 prosessoru yerləşir. Link-in korpusu xarici zədələnmələrdən, ekstremal temperaturdan və atmosfer dəyişikliklərindən qorunur. O hətta paltaryuyan maşında yuyulmaya belə tab gətirməyə qadirdir. Link-in daxilindəki məlumatlara daxilolma, istənilən digər cihaz və platformadan, Wi-Fi, mobil şəbəkə, BluetoothUSB Type-C girişi vasitəsilə həyata keçirilir. Xüsusi proqram təminatı sayasində istifadəçi öz məlumatlarını qorumaq üçün giriş hüquqlarını və şifrələməni öz istədiyi kimi ayarlaya bilər. 2 TB-lıq versiya, 1150$ qiymətinıə satılacaq. Lakin istifadəçilər üçün 256 GB-lıq versiya da təqdim olunacaq. Onun qiyməti isə 349$ təşkil edəcək. Cihazın daxilindəki LTE modula görə ayrıca 150$ ödəmək lazım gələcək.

    Linki kopyala