Yaponiya ən sürətli super kompüter istehsal edəcək

548

Yaponiya ən güclü kompüter istehsal edəcəyini iddia edir. İddialara görə gələcəkdə təqdim olunması nəzərdə tutulan super kompüter Top 500-ü yerindən edəcək. Belə olacağı təqdirdə Çin öz yerini Yaponiyaya verməli olacaq.

Yapon mütəxəssislərinin verdiyi məlumata görə super kompüter 130 petaflop sürətlə işləyən üstün keyfiyyətli bir kompüter olacaq. Layihənin dəyəri isə 173 milyon dollar təşkil etməkdədir.

Yeni kompüter süni zəka sahəsində istifadə olunacaq və tibbi qeydlərdən faydalanaraq yeni xidmətlər və tətbiqlər üçün xüsusi rol oynayacaq. Bundan əlavə yeni kompüter gələcəkdə vacib investisiya layihəsi ola bilər.


Gələcəkdə yapon mütəxəssislər verdikləri sözün üzərində dursalar Çinin 93 pedaflop sürətindəki Sunway TaihuLight super kompüteri öz liderliyini əldən verə bilər.

Xatırladaq ki, Yaponiyanın sahib olduğu 13 petaflop dəyərindəki Oakforest-PACSsuper kompüterlər siyahısında 6-cı sırada yer almaqdadır. Siyahıda Yaponiyanın ümumilikdə 27 super kompüteri mövcuddur və onların hamısında əməliyyat sistemi Linux-dur.

Hələ ki, kompüterin hansı şirkət tərəfindən istehsal olunacağı məlum deyil. Amma verilən məlumata görə super kompüter2018-ci ildə təqdim oluna bilər.